Uşaq və yeniyetmələrin elmi-texniki
potensialının üzə çıxarılması,
yaradıcılıqlarının inkişaf etdirilməsi üçün
stimulların yaradılması və onlar arasında
təcrübə mübadiləsinin təşkili məqsədilə
ƏMR EDİRƏM:
1. 2011-ci ilin yanvar-mart aylarında uşaq və
yeniyetmələrin elmi-texniki yaradıcılıq
müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat
komitəsinin tərkibi təsdiq olunsun (əlavə
olunur).
3. Naxçıvan MR təhsil naziri, rayon, şəhər
təhsil şöbələrinin, idarələrinin müdirləri
müsabiqənin yüksək səviyyədə təşkili üçün
müvafiq tədbirlər hazırlayıb həyata keçirsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi
(A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və
keçirilməsinə əməli kömək göstərsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin
keçirilməsi ilə əlaqədar tələb olunan xərclərin
nazirliyin mərkəzləşdirilmiş vəsaitlərinin
xərclər smetasından ödənilməsini təmin etsin və
bu vəsaitin xərclənməsi üçün xərclər smetasını
hazırlayıb təsdiq üçün nazirliyin rəhbərliyinə
təqdim etsin.
6. Zona və respublika mərhələlərində iştirak
edən məktəblilərin və onların rəhbərlərinin
ezamiyyə xərcləri rayon, şəhər təhsil şöbələri,
idarələri tərəfindən ödənilsin.
7. Zonalar üzrə müsabiqənin təşkili və
keçirilməsinə əməli köməklik göstərilməsi
məqsədilə yerlərə ezam olunacaq əməkdaşların
ezamiyyə xərcləri müsabiqənin xərclər smetası
əsasında ödənilsin.
8. Ümumi şöbə (H.Məhərrəmova) əmr və əlavələrin
çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmri "Azərbaycan müəllimi" qəzetində dərc
etdirsin.
10. Əmrin icrasına nəzarət nazir müavini
E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 noyabr 2010-cu il |