Məktəblilərin bilik səviyyəsinin yoxlanması,
eləcə də onların arasından respublika
yarışlarına namizədlərin seçilməsi məqsədilə
Gəncədə müxtəlif fənlər üzrə keçiriləcək
olimpiadalara hazırlıq mərhələsi başa
çatmışdır. Gəncə Şəhər Təhsil İdarəsi metodiki
mərkəzinin direktoru Afaq Əliyeva AzərTAc-a
demişdir ki, dekabrın 5-də başlayacaq
olimpiadada 7-11-ci siniflərin şagirdləri 9 fənn
üzrə öz biliklərini nümayiş etdirəcəklər.
Təxminən 1000 nəfər əlaçı şagirdin iştirak
edəcəyi olimpiada üç mərhələdə keçiriləcəkdir.
Onlara şəhər məktəblərindən seçilmiş təcrübəli
müəllimlər nəzarət edəcəklər. |