| 
								
								Moskva Dövlət Universitetinin Biofizika 
								kafedrasının müdiri, Rusiya Elmlər 
								Akademiyasının müxbir üzvü, Dövlət mükafatı 
								laureatı, professor Andrey Borisoviç Rubin 
								BDU-da olub. Rusiyalı qonaqla görüşündə BDU 
								haqqında ətraflı məlumat verən rektor, akademik 
								Abel Məhərrəmov universitetin yaranma və inkişaf 
								tarixindən, əsasən bu təhsil ocağının beynəlxalq 
								əlaqələrindən bəhs edib. Bildirilib ki, BDU 
								dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, 
								Rusiya Federasiyası universitetləri, o cümlədən 
								Moskva Dövlət Universiteti ilə səmərəli 
								ikitərəfli əlaqələr qurub. Nanotexnologiya və 
								innovasiyadan danışan rektor, MDU alimlərinin bu 
								sahədəki təcrübələrini azərbaycanlı alimlərlə 
								bölüşdüyünü, səmərəli və birgə işbirliyi 
								alındığını qeyd edib.  
								
								Qonaq  da, öz növbəsində, Bakı Dövlət 
								Universitetinin elm və təhsildə böyük 
								nailiyyətlər əldə etdiyini, əlaqələrin daha 
								səmərəli və sıx olmasında maraqlı olduğunu 
								nəzərə çatdırıb.  
								
								
								BDU-nun Mətbuat və informasiya şöbəsi |