Sentyabrın
20-dən 25-dək "Təhsil" Respublika İdman
Mərkəzində 1995-1996-cı il təvəllüdlü
yeniyetmələr arasında boks üzrə açıq respublika
birinciliyi keçirilib. Yarışda respublikanın
şəhər və rayonlarından ümumilikdə 19 komanda
tərkibində 14 çəki dərəcəsi üzrə 140 idmançı
iştirak edib.
Yarışın rəsmi açılış mərasimində "Təhsil"
Respublika İdman Mərkəzinin direktoru Cəfər
Hümbətov çıxış edərək idmançılara yarışlarda
uğurlar arzulayıb. Azərbaycan Respublikasının
Dövlət himni səsləndirildikdən sonra yarışlara
start verildi. Sentyabrın 25-də yekunlaşan açıq
respublika birinciliyində müvafiq çəki
dərəcələrində uğurlar qazanan idmançılar
diplomlarla, medallarla təltif olundular.
RƏŞAD |