Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - ¹38

 

Kollegiya qərarının icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

"2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq haqqında" Təhsil Nazirliyinin 01.05.2010-cu il tarixli Kollegiya qərarının icrasını təmin etmək məqsədilə 

ƏMR EDİRƏM: 

1. "2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq haqqında" arayış nəzərə alınsın (əlavə olunur).

2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) müvafiq rayon (şəhər) təhsil şöbələrinin müdirləri ilə birlikdə:

2.1. Yoxlama imtahanlarının nəticələrini və buraxılış imtahanlarına hazırlıqla bağlı qarşıda duran vəzifələri rayon (şəhər) təhsil şöbələrinin təhsilyanı şura iclaslarında geniş müzakirə etsinlər, nəticələri aşağı olmuş məktəblərdə vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görsünlər;

2.2. Yoxlama imtahanlarında şagirdləri daha aşağı nəticə göstərən ümumtəhsil məktəblərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilməklə bu vəziyyətin davam edəcəyi təqdirdə onların vəzifə məsuliyyətinə baxsınlar;

2.3. Çoxsaylı şagirdləri yoxlama imtahanlarında iştirak etməyən, həmçinin məktəbdən xaric edilmiş məktəblərdə bunun başvermə səbəblərini araşdırsınlar, nəticəsindən asılı olaraq, məktəb rəhbərləri haqqında müvafiq tədbirlər görsünlər və Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) 2009-2010-cu dərs ilində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış sinif şagirdləri və imtahan nəzarətçiləri haqqında müvafiq baza məlumatlarının dəqiqləşdirilməsini həyata keçirsinlər.

4. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) buraxılış imtahanlarının keçirilməsi üçün zəruri fəaliyyətlərin və təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı təkliflər hazırlasınlar.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev) və bütün rayon (şəhər) təhsil şöbələri ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirildiyi günədək məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin mütəmadi olaraq maarifləndirilməsi işini təşkil etsinlər.

6. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün şəhər (rayon) təhsil şöbələrinə, peşə liseylərinə lazımi köməklik göstərsinlər.

7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin.

8. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev), bütün rayon (şəhər) təhsil şöbələri:

8.1. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanlarında öz vəzifələrinə məsuliyyətlə yanaşmış aşağıda adları qeyd olunan nəzarətçi müəllimlərə mövcud qanunvericiliyə uyğun təşəkkür verilməsinin təmin olunmasını rəsmiləşdirsinlər:

1. İsmayılova İlhamə Ramazan qızı - Zaqatala rayonu Tala kənd 4 nömrəli orta məktəbin müəllimi.

2. Qurbanova Qəndaf İbadulla qızı - Zaqatala rayonu Qazangül kənd orta məktəbinin müəllimi.

3. Üzdənova Rübabə Pənah qızı - Qusar şəhər 4 nömrəli orta məktəbin müəllimi.

4. Mənsimov Murad Qəhrəman oğlu - İmişli rayonu Qızılkənd kənd orta məktəbinin müəllimi.

5. Rəsulova Əminə Aslan qızı - Neftçala şəhər 1 nömrəli orta məktəbin müəllimi .

6. Həsənova Könül Seyran qızı - Neftçala şəhər 2 nömrəli orta məktəbin müəllimi.

7. Əsgərova İlhamə Rabil qızı - Neftçala rayonu Həsənabad qəsəbə orta məktəbinin müəllimi.

8. Camalov Fərid Eynulla oğlu - Quba şəhər 2 nömrəli orta məktəbin müəllimi.

9. Nöhbabayev Murad Hikmət oğlu - Quba peşə liseyinin müəllimi.

10. Məmmədov Azad Elçin oğlu - Quba peşə liseyinin müəllimi.

11.Hacıyev Rüfət Malik oğlu - Quba rayonu Təngəaltı kənd orta məktəbinin müəllimi.

8.2. İmtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri üçün adları aşağıda qeyd olunan məktəb rəhbərlərinə mövcud qanunvericiliyə uyğun intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinin təmin olunmasını rəsmiləşdirsinlər:

· Rüstəmova Xuraman Müzəffər qızı - Beyləqan şəhər 3 nömrəli orta məktəbin direktoru.

· Əhmədov Əli Əhməd oğlu - Ağcabədi şəhər 4 nömrəli orta məktəbin direktoru.

8.3. İmtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri üçün adları aşağıda qeyd olunan imtahan nəzarətçilərinə mövcud qanunvericiliyə uyğun intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinin təmin olunmasını rəsmiləşdirsinlər:

1. Cəlalova Aytəkin Bayram qızı - Kəlbəcər rayonu 28 nömrəli orta məktəbin müəllimi.

2. Ərəbova Nərmin Vaqif qızı - Zaqatala rayonu Tala kənd 3 nömrəli orta məktəbin müəllimi.

3. Zeynalova Kifayət Qurban qızı - Zaqatala rayonu Tala kənd 3 nömrəli orta məktəbin müəllimi.

4. Həsənova Xatirə Lətif qızı - Zaqatala şəhər 3 nömrəli orta məktəbin müəllimi.

5. Əliyeva Zarema Fazil qızı - Qusar şəhər 4 nömrəli orta məktəbin müəllimi.

6. Əliyeva Dürrə Bəbir qızı - Ağcabədi şəhər 11 nömrəli orta məktəbin müəllimi.

7. Kərimova Gülşən Muxtar qızı - Ağcabədi şəhər 12 nömrəli orta məktəbin müəllimi.

8. Yusifova Mətanət Qədir qızı - Ağcabədi rayonu Kəbirli kənd orta məktəbinin müəllimi.

9. Əhmədova Reyhan Məhəmməd qızı - Ağcabədi rayonu Şərəfxanlı kənd orta məktəbinin müəllimi.

10. Abuzərov Mehman Canyar oğlu - Qobustan rayonu Sündü kənd orta məktəbinin müəllimi.

11. Əzizov Babagözəl Zərbalı oğlu - Qobustan rayonu Ərəbşalbaş kənd orta məktəbinin müəllimi.

12. Osmanov Hacıbaba Əlfağa oğlu - Qobustan rayonu Çalov kənd orta məktəbinin müəllimi.

13. Əmrahov Fikrət Əmirxan oğlu - Qobustan rayonu Poladlı kənd orta məktəbinin müəllimi.

9. Əmrin çoxaldılıb yerlərə göndərilməsi Ümumi şöbəyə (A.Nəbiyev) tapşırılsın.

10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

11. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 sentyabr 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - ¹38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov