Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET)
ölkənin 18 şəhərinin təhsil müəssisələri
qoşulublar. AZEDUNET təşkilatının direktoru
Səməd Abbasov bununla əlaqədar bildirdi ki, 300
təhsil müəssisəsi Bakı və Sumqayıt şəhərlərində,
qalanları isə Azərbaycanın digər 16 şəhərində
yerləşir. Hər bir təhsil müəssisəsində biz ilkin
olaraq kompleks hazırlıq işlərini həyata
keçiririk. Buna bütün kompüter və proqram
təminatının standartlaşdırılması aiddir. Daha
sonra məktəbdə bütün kompüter siniflərini,
direktorun kabinetini, müəllimlər otağını və
kitabxananı birləşdirən lokal şəbəkəni
quraşdırır və qoşulmanı təmin edirik. S.Abbasov
onu da əlavə etdi ki, 2010-cu ilin sonunadək
AZEDUNET-ə daha 500 təhsil müəssisəsi
qoşulacaqdır. Bu müəssisələr 50-dən çox şəhər və
şəhərətrafı qəsəbəni əhatə edəcək.
Şakir CƏFƏROV |