Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - ¹38

 

Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı

Bookmark and Share

226 müəllim Bakının və ölkənin digər şəhər və rayonlarının ümumtəhsil məktəblərindəki vakant yerlərə işə qəbul olundu 

Ölkəmizdə ilk dəfə olaraq 2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərindəki vakant yerlərə müəllimlərin işə qəbulu elektron vasitələr əsasında iki mərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilmişdir. Avqustun 20-dən bu barədə mətbuatda və Təhsil Nazirliyinin rəsmi saytında elanın yerləşdirilməsi ilə başlayan və təxminən bir ay davam edən müsabiqə proseduru artıq başa çatmış, müsabiqədə qalib gələn müəllimlər öz yeni iş yerlərində fəaliyyətə başlamışlar. Bəs müsabiqə necə keçmişdir? Onun yekunları nə göstərir? Ümumtəhsil məktəblərindəki vakant yerlərin hamısı tutulmuşdurmu?  Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən müsabiqənin yekunları haqqında əməkdaşımıza verilən məlumat əsasında hazırlanmış aşağıdakı yazıda həmin suallara cavab tapmaq mümkündür. 

İnsan amilinin iştirakını istisna edən proqram təminatı 

Müəllimlərin işə qəbulunda yeni mexanizmin tətbiqinə ötən ildən başlanıb. Belə ki, hələ ötən il müəllimlər Təhsil Nazirliyinin rəsmi saytında işə qəbul üçün açılan səhifədə vakant yerlərlə tanış olub, oradan öz seçimlərini etmək və elektron ərizələrini doldurmaqla işə qəbul müsabiqəsinə qatılmışdılar.

Lakin ötən il elektron ərizə ilə müraciət edən 1044 nəfərlə müsabiqə imtahanları test üsulu ilə yazılı şəkildə aparılmış, onların yoxlanması da insan amilinin iştirakı ilə, yəni işə qəbul üzrə komissiyanın üzvləri tərəfindən həyata keçirilmişdi.

Bu il həmin mexanizmin təkmilləşdirilməsi istiqamətində daha bir mühüm addım atılmış, müəllimlərin işə qəbulu elektron vasitələr tətbiq olunmaqla aparılmışdır. Belə ki, Azərbaycan Respublikasının təhsil naziri cənab Misir Mərdanovun tapşırığına  əsasən müəllimlərin işə qəbulu prosesində insan amilinin tamamilə aradan qaldırılması məsələsini həll etmək üçün nazirliklə "Ultra" şirkəti arasında əldə olunmuş razılığa əsasən işə qəbulun proqram təminatının həyata keçirilməsi planlaşdırılmış və o, 2010-cu ilin iyun-avqust aylarında reallaşdırılmışdır.

Bu proqram işə qəbul prosesində müəllimlərdən vakant yerlərə elektron ərizələrinin qəbulu ilə yanaşı, bir sıra digər imkanlar da yaratmışdır. Belə ki, reqlamentdə vakant yerlərin seçimi aparılarkən namizədlərə dörd müxtəlif vakant yeri seçmək imkanının verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, elektron ərizədə seçdiyi 4 yerdən birinə düşə bilməyən müəllimə nazirlik tərəfindən hər hansı boş qalan vakant yerə təklif imkanı da yaradılmışdır.

Proqramın ən üstün cəhətlərindən biri isə burada elektron ərizəsini təsdiqdən keçirən hər bir namizədə "şəxsi kabinet" imkanının verilməsidir. Hər bir müəllim öz kodu və parolu vasitəsi ilə "şəxsi kabinet"inə daxil olub imtahanın keçirilmə vaxtı, yeri, gedişi və nəticələri barədə, habelə özü haqqında ətraflı məlumatları əldə edə bilər. Bu isə işə qəbul prosesinə kömək edən ən müsbət amillərdən biri olmuşdur. Elektron ərizənin doldurulması prosesini asanlaşdırmaq üçün vakant yerlərin hər biri həm də kodlaşdırılmışdır. Dörd seçimi etmək üçün namizəd bu kodların hər birini qeyd edib, yadda saxlayır, çap edir və istədiyi ardıcıllıqla elektron ərizəsinə daxil edir.

Yeni mexanizm müsabiqənin təşkilatçıları ilə onun iştirakçıları arasında əlaqəni də təkmilləşdirmişdir. İndi bu əlaqə telefon və yazışma vasitəsi ilə deyil, İnternetdən istifadə ilə mümkün olur. Hər bir namizəd öz "şəxsi kabinet"inə  daxil olmaqla bu prosesi həyata keçirir. Yeri gəlmişkən qeyd edək ki, sözügedən proqram çox qısa müddətdə hazırlanmışdır. Bu tipdən olan proqramlar adətən uzun müddətə-altı aya, bir ilə hazırlandığı halda, "Ultra" şirkətinin Təhsil Nazirliyinin texniki tapşırıqlarını çevik icra etməsi nəticəsində həmin proqram cəmi üç aya formalaşmışdır. 

288 vakant yerə 3171 nəfər ərizə vermişdir 

2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 198-i Bakı, 90-ı isə 11 şəhər və rayonda olmaqla 288 vakant müəllim yeri olmuşdur. Həmin yerlərə müəllim qəbulu üçün avqustun 20-də "Azərbaycan müəllimi" qəzetində elan verilmişdir. Vakant  yerlərə müəllim qəbulu ilə bağlı reqlament həm də Təhsil Nazirliyinin rəsmi İnternet saytında yerləşdirilmişdir. Namizədlərin vakant yerlərlə  tanışlığına və elektron ərizələrinin doldurulmasına avqustun 20-dən başlanmış və bu proses avqustun 27-dək davam etmişdir. 8 gün ərzində işə girmək istəyən müəllimlər həm qəbul prosesinin necə həyata keçirildiyini əks etdirən reqlamentlə, həm də seçim etmək üçün vakant yerlərlə tanış olmuş, elektron ərizələrini doldurmuşlar.

Ümumilikdə 3171 nəfər elektron ərizə vermişdir. Onlardan 1815 nəfərin ərizəsi təsdiqlənmişdir. Təkcə elektron ərizə doldurmaq imtahanda iştirak üçün kifayət etmədiyindən həm də ərizə vermiş namizədlərdən sənədlərin qəbulu aparılmışdır. Bu iş avqustun 23-dən 31-dək davam etmiş, sonrakı 3 gün ərzində, yəni sentyabrın 3-dək isə namizədlərə imtahana buraxılıb-buraxılmaması, imtahanların vaxt və yeri haqqında məlumatlar göndərilmişdir.

Təhsil Nazirliyindən qeyd etmişlər ki, sənədlərin qəbulu namizədlərin elektron ərizədə yazdıqları məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçündür. Məlum olduğu kimi, elektron ərizədə namizəd özü haqqında geniş məlumatı da əks etdirir. Bu məlumata namizədin aldığı təhsilin səviyyəsi, İKT bacarıqları, ayrı-ayrı müsabiqədə və ixtisasartırma kurslarında iştirakı, fəaliyyəti dövründə əməyinin qiymətləndirilməsi və digər göstəricilər daxildir. Həmin göstəricilərin hər biri üçün müəyyən ballar nəzərdə tutulur. Müəllim haqqında verilmiş həmin məlumatlar əsasında işə qəbulun ilkin qiymətləndirilməsi aparılır. Bu, proqram tərəfindən həyata keçirilir. Yəni burada da heç bir insan amili rol oynamır. Göstəricilər daxil edilən kimi kompüter proqramı balları avtomatik olaraq toplayır və ilkin qiyməti namizədin qarşısında qeyd edir. Həmin məlumatların düzgünlüyü isə namizədlərin Təhsil Nazirliyinin müsabiqə komissiyasına təqdim etdikləri müvafiq sənədlər əsasında yoxlanılır. Bu qayda ilə sənədlərini təqdim etmiş 2000-dən artıq namizəddən 1815 nəfərinin ərizəsi təsdiq olunmuş və onlar 288 vakant yerə qarşı müsabiqəyə qatılmışlar.

Müsabiqə reqlamentə uyğun olaraq iki formada - müsahibə və test imtahanı formalarında həyata keçirilmişdir.

Bu gün üçün hələlik test imtahanı aparmaq tez olan fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, rəsmxət, təsviri incəsənət, musiqi və nəğmə fənlərindən müəllimlərin vakant yerlərə işə qəbulu nazirliyin müsabiqə komissiyası tərəfindən müsahibə yolu ilə aparılmışdır. Müsahibə üçün meyarlar müəyyənləşdirilmiş, onun nəticəsi 10 ballıq sistemlə qiymətləndirilmişdir. Adıçəkilən fənlər üzrə vakant yerlərə işə qəbul üçün müsahibələr sentyabrın 7-8-də aparılmış, müsahibə zamanı namizədlərə onların təhsilini, təcrübəsini, ixtisası ilə bağlı peşə bacarıqlarını müəyyənləşdirməyə imkan verən suallar verilmişdir.

Digər fənlərdən, yəni dil və ədəbiyyat, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix, coğrafiya, xarici dil (ingilis, fransız, alman dilləri), həmçinin ibtidai sinif müəllimi ixtisası üzrə vakant yerlərə müsabiqə test imtahanı yolu ilə keçirilmişdir. İmtahanda hər namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 test tapşırığı verilmiş və bunun cavablandırılmasına 40 dəqiqə vaxt ayrılmışdır. Hər bir düzgün cavab 1 balla qiymətləndirilmişdir.

Test imtahanı bu qaydada keçmişdir: Hər bir namizəd onun üçün müəyyənləşdirilmiş vaxtda bir saat tez gəlməklə qeydiyyatdan keçmiş və imtahan otağına daxil olaraq orada müvafiq təlimat almışdır. Sonra onun üçün müəyyənləşdirilmiş fərdi kompüterin qarşısında oturaraq şəxsi kodunu kompüterə daxil edib, zəruri informasiyaya çıxmış,"imtahanı başla" düyməsini basmaqla onun üçün ayrılmış 40 dəqiqə ərzində testləri cavablandırmışdır. Vaxtın tamamında namizəd "imtahanı başa çatdır" düyməsini basmaqla həmin anda da neçə suala düzgün cavab verdiyini görüb imtahan otağını tərk etmişdir. Test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunmuşdur.

Elə həmin gün imtahan başa çatdıqdan sonra kompüter proqramı keçid balını toplamış namizədlərin yüksək baldan başlayaraq vakant yerlərə yerləşdirilməsini həyata keçirmiş və bu haqda məlumat namizədlərin şəxsi kodlarına göndərilmişdir. 

62 vakant yer qalıb 

Qeyd olunan fənlərdən vakant yerlərə qəbul üçün test imtahanları sentyabrın 13-dən 17-dək Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin nəzdində fəaliyyət göstərən Təlim mərkəzində aparılmışdır. Həmin Təlim mərkəzində imtahanların təşkili və keçirilməsi üçün bütün zəruri şərait və texniki təchizat yaradılmışdır.

Beləliklə, aparılmış müsabiqə nəticəsində 288 vakant yerə qarşı 226 nəfər işə qəbul olunmuşdur. 62 yer vakant qalmışdır. Buna səbəb həmin yerləri seçənlərin az bal toplaması, eyni zamanda, vakant yerlərin olduğu məktəblərin uzaqlığı üzündən onları seçənlərin az olmasıdır. Həmin vakant yerlərə növbəti mərhələdə işə qəbulun həyata keçirilməsi nəzərdə tutulur.

İmtahanlar əsasən uğurla keçmiş, müsabiqədə iştirak edən namizədlərin böyük əksəriyyəti kompüterdən istifadə bacarıqlarına malik olduqlarından heç bir çətinlik çəkməmişlər.

Bu işdə imtahanqabağı onlara verilən təlimat da mühüm rol oynamışdır. Belə ki, imtahandan əvvəl hər namizədə imtahan zamanı necə hərəkət etməsi, suallarla necə davranması, sualları cavablandırarkən kursoru necə hərəkət etdirməsi, düyməni necə basması, düzgün cavabı necə qeyd etmək lazım gəlməsi, sualları necə ardıcıl və ya ixtiyari qaydada seçməsi, cavablandırdığı sualı təkrarən cavablandırmaq imkanının olması və s. barədə zəruri informasiyalar verilmişdir. Sözsüz ki, bu təlimatlar namizədlərə imtahanda vaxtdan səmərəli istifadə etməyə imkan yaratmışdır.

Əlbəttə, bu təcrübə ölkədə ilk dəfə tətbiq olunduğundan bəzi kiçik problemlər də özünü göstərib. Proses zamanı müəllimlərin bir çoxunun elektron ərizələrini doldurmaqda və onu qeydiyyatdan keçirməkdə çətinlik çəkdikləri məlum olub ki, bu da, əsasən, müəllimlərin hələ İnternet imkanlarından kifayət qədər istifadəetmə bacarıqlarının olmaması ilə bağlıdır. Eyni zamanda, ölkədə hələ də hər bir məkanda İnternetin kifayət qədər sürətlə işləməməsi nəticəsində bəzi hallarda müəllimlər elektron ərizələrinin doldurulmasından şikayətlənmişlər. Lakin bu problemlərin yalnız özləri ilə bağlı və texniki məsələ olması onlara izah olunmuşdur. Namizədlərin bəzilərinin kompüterdən istifadə bacarıqlarına kifayət qədər yiyələnmədiklərindən imtahanda çətinlik çəkdiklərini büruzə vermələri təəssüf doğurur. Əslində imtahanların kompüter vasitəsi ilə aparılmasının bir məqsədi də işə qəbul olan müəllimlərin kompüter bacarıqlarının yoxlanmasıdır. Bu tələb imtahana qatılan müəllimlərin əvvəldən ən sadə və primitiv də olsa müəyyən İKT bacarıqlarına yiyələnmələrini nəzərdə tutur. 

İbtidai sinif müəllimi ixtisası, ingilis dili, dil-ədəbiyyat, riyaziyyat və b. fənlərdən vakant yerlərə daha yüksək müsabiqə vəziyyəti yaranıb 

288 vakant yerə qarşı ərizəsi təsdiqlənmiş 1815 iddiaçı iştirak etdiyindən işə qəbul prosesində yüksək müsabiqə vəziyyəti qeydə alınıb. Ümumilikdə orta hesabla bir boş yer uğrunda, təxminən, 6 iddiaçı mübarizə aparıb. Bəzi fənlər üzrə isə daha yüksək müsabiqə vəziyyəti yaranıb. Belə ki, ibtidai sinif müəllimi ixtisası üzrə 10-u Bakının, 10-u isə ölkənin digər şəhər və rayonlarının ümumtəhsil məktəblərində olmaqla cəmi 20 vakant yer olduğu halda, 361 nəfər müsabiqədə iştirak edib. İngilis dilindən 28 vakant yerə qarşı 340 nəfər, dil və ədəbiyyatdan 12 vakant yerə qarşı 266 nəfər, riyaziyyat  fənni üzrə 16 vakant yerə qarşı 201 nəfər mübarizə aparıb.

Reqlamentdə müəyyənləşdirilmiş qaydaya əsasən, proqram özü ən yüksək nəticə toplamış və ən yüksək göstəriciləri olan müəllimdən başlayaraq vakant yerlər bitənədək yerləşdirməni həyata keçirib.

Əlbəttə, vakant yerlər tutulduqdan sonra göstəriciləri yüksək olanlardan kənarda qalanlar da olub. Belələri əsasən seçimini düzgün etməyənlərdir. Lakin elə hal da olub ki, məsələn, yüksək bal toplayan iddiaçı seçdiyi yerə düşə bilməyib. Buna səbəb həmin yerin daha yüksək bal toplayanlar tərəfindən tutulmasıdır. Komissiya tərəfindən belələrinə, yəni yüksək bal topladığı halda müsabiqədən kənarda qalanlara dərs ili ərzində vakant yerlər yaranarsa həmin yerlərə yerləşdiriləcəkləri barədə məlumatlar verilib. Bununla yanaşı ola bilər ki, bəzi müəllimlər nisbətən az balla seçdiyi fənn üzrə vakant yerə qəbul olunub. Bu o deməkdir ki, ondan çox bal toplayanlar həmin yeri seçməyiblər.

Sonda bir daha qeyd etməyi lazım bilirik ki, vakant yerlərə seçim insan amilinin iştirakı olmadan, müvafiq proqram tərəfindən imtahanverənlərdən hər birinin topladığı ballara və etdiyi seçimə uyğun aparılıb. Əgər toplanmış keçid balı iddiaçının birinci seçib, qeyd etdiyi yerə düşməyə imkan verirsə, ora, imkan vermirsə, növbəti, yəni 2-ci seçdiyi yerə, ora da uyğun gəlmirsə, 3-cü, həmin qayda ilə 4-cü yerə yerləşdirilib. İxtiyari yerə getməyə razı olduğunu bildirən və 5-ci icazəni də ərizəsində qeyd edən iddiaçılar isə tutulmayan hər hansı vakant yerə yerləşdirilir.

Təhsil Nazirliyindən aldığımız məlumata görə, ölkənin ümumi təhsil müəssisələrini daha keyfiyyətli kadrlarla təmin etmək üçün gələcəkdə tədris ili ərzində 2 dəfə (tədris ilinin əvvəlində və I yarımilin sonunda) işə qəbulun aparılması nəzərdə tutulmuşdur. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - ¹38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov