Fransa Beynəlxalq Münasibətlər İnstitutunun
RAMSES proqramının rəhbəri, Paris Siyasi Elmlər
İnstitutunun mühazirəçisi, keçmiş diplomat
Filipp Moro Defarj Bakı Dövlət Universitetində
olub. Qonaq öncə universitetin Beynəlxalq
əlaqələr üzrə prorektoru, dosent Elxan Hüseynov
tərəfindən qəbul edilib. Görüşdə
Fransa-Azərbaycan münasibətlərindən danışılıb,
əsasən Azərbaycan dilinin Fransada təbliği
məsələsinə toxunulub.
Beynəlxalq münasibətlər fakültəsi tələbələrinin
iştirakı ilə davam edən görüşdə Fransa və
Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və
elmi sahələrdəki əlaqələrdən bəhs edilib,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı fikir mübadiləsi aparılıb.
Tanınmış diplomatın "Geopolitikaya giriş"
kitabının təqdimat mərasimi görüş iştirakçıları
tərəfindən xüsusi maraqla qarşılanıb. Filipp
Moro Defarj tələbələri maraqlandıran çoxsaylı
suallara cavablar verib.
Sonda prorektor Elxan Hüseynov qonağa
universitetin xatirə medalını və bukletini
təqdim edib.
Pərvanə İBRAHİMOVA |