Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - ¹23

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Arazov Ənvər Talış oğlu              

1953-cü il dekabrın 2-də Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki     15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı.

Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olub.

Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunub.   

 

Atakişiyev Aslan Qabil oğlu 

1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində dünyaya göz açmışdı. 1960-cı ildə burada birinci sinfə getmiş, 1970-cı ildə orta məktəbi bitirmişdi. 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdu. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdu. 1981-ci ildə təhsilini uğurla başa çatdıraraq Qubadlı rayonuna qayıtmış, doğma Muradxanlı kənd orta məktəbində ixtisası üzrə müəllim işləməyə başlamışdı. Amma erməni quldurlarının doğma torpaqlarımızda törətdikləri vəhşilikləri görən Aslan yağı düşməndən intiqam almaq üçun cəbhəyə yollanmaq qərarına gəlir. O, 1992-ci ildə Milli Ordu sıralarına yazılaraq leytenant rütbəsi ilə komandir müavini təyin olunmuşdu. A.Atakişiyev Laçın rayonunun Mazutlu, Səfiyan, Türklər, Suarası kəndləri uğrunda gedən döyüşlərdə əsl fədakarlıq və qəhrəmanlıq göstərmişdi. Azərbaycanın bu mərd, mübariz, dəyanətli oğlu 1992-ci il avqustun 7-də Laçın dəhlizi və Susuzdağ yüksəkliyində gedən ağır döyüşdə amansız düşmənə əsir düşməmək üçün son gülləsini öz ürəyinə sıxaraq Vətən uğrunda həlak olub.

Evli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Atakişiyev Aslan Qabil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Səhidlər xiyabanında dəfn olunub.

 

Atakişiyev İntiqam Vahid oğlu 

1974-cü il aprelin 7-də Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 1991-ci ildə həmin kənddəki orta məktəbi bitirmiş və 1992-ci ildə Milli Ordu sıralarına çağırılmışdır.O, orduda xidmət etdiyi zaman yüksək əsgəri keyfiyyətləri ilə diqqət çəkdiyindən Türkiyəyə hərbi zabitlər kursuna göndərilmişdir. İntiqam  sonralar  Murovdağ döyüşlərində yaralanmışdır. Mingəçevirdə müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır.

Xidməti borcunu şərəflə yerinə  yetirən  İ. Atakişiyev 1995-ci ilin martında dövlətçiliyimizə qarşı yönəlmiş qəsdin qarşısının alınmasında fəal iştirak etmiş, mübarizlik nümayiş etdirmişdir.

O, 776 nömrəli hərbi hissənin qrup komandiri, bölük komandirinin müavini, bölük komandiri və hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifələrində çalışmışdır. Kapitan rütbəsinə qədər yüksəlmişdir.

İntiqam öz vətəndaşlıq mövqeyi ilə seçilən bir hərbiçidir. Onun təşəbbüsü ilə təhsil aldığı orta məktəbin önündə vətən uğrunda şəhid olmuş  soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılmışdır.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Axundov Səfa Fətulla oğlu 

1958-ci il iyunun 19-da Masallı rayonunda anadan olmuşdu. 1965-ci ildə Saatlı rayonunda orta məktəbə getmiş və atasının xidməti işi ilə əlaqədar ailələri Cəlilabad rayonuna köçdüyündən  təhsilini burada davam etdirmişdi. Orta təhsilini 1975-ci ildə Qubadlı rayonunda başa vurmuşdu. Təyyarəçi olmaq arzusu Səfanı Bakı Aeroportuna gətirmişdi. Bir müddətdən sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. O, 1979-cu ildə həmin məktəbi bitirərək  vətənə dönmüş və Yevlax rayonundakı aeroportda AN-2 təyyarəsinə pilot təyin edilmişdi. S. Axundov 1987-ci ildə Riqaya köçərək gəmi tərsanəsində mühəndis işləməklə yanaşı, texnikumda müəllim kimi çalışmışdı. Qarabağ hadisələri başlayanda vətəni darda görən Səfa Azərbaycana dönmüşdü. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mi-8 vertolyotuna 2-ci pilot təyin edilmişdi. 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş etmişdi. Səfa yenidən Şuşa istiqamətində uçuş etdiyi zaman düşmən tərəfindən vurulan vertolyotun partlaması nəticəsində faciəli surətdə həlak olub.

Evli idi. İki oğul övladı var.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Axundov Səfa Fətulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulub. Cəlilabad şəhərinin küçələrindən biri onun adını daşıyır.

 

Alıcanov Rafiq Cəfər oğlu 

1965-ci il iyulun 11-də Qazax rayonunun Kəmərli kəndində dünyaya gəlmişdi. Ailələri Ağstafa rayonunun Köçvəlli kəndinə köçdüyündən Rafiq səkkizinci sinfə kimi bu kənddə təhsil almışdı. O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdu. R. Alıcanov 1988-ci ildə təhsilini  bitirərək Ukraynada ixtisası üzrə çalışmağa başlamışdı. 1992-ci ildə doğma vətənini erməni işğalından müdafiə etmək məqsədilə Azərbaycana dönmüşdü. Rafiqin döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçmişdi. Bir hərbiçi kimi döyüşlərdə göstərdiyi şücaətlər onu kapitan rütbəsinədək yüksəltmişdi. R. Alıcanov 1993-cü il noyabrın 5-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir qız, bir oğlu var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Köçvəlli kəndində dəfn olunub. Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində adına küçə var. Təhsil aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Ağstafa şəhərində büstü qoyulub.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - ¹23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov