Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - ¹23

 

NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 

Bookmark and Share

Naxçıvan  Dövlət  Universitetinin tibb  fakültəsinin bir qrup tələbəsi Türkiyə Cümhuriyyətinin  Kayseri - Erciyez, Elazığ - Fırat və İzmit - Kocaeli universitetlərində 6 - 9 ay müddətində  internatura kursunda olmuşdur.

Bu yaxınlarda həmin  tələbələrlə  görüş keçirilmişdir. Görüşdə çıxış  edən rektor, akademik  İsa  Həbibbəyli    qardaş  respublikanın  ali  məktəbləri  ilə  bir  çox sahələrdəki   sıx əməkdaşlıqdan söz açmış, belə təcrübələrin  tələbələrin bilik və bacarıqlarının  artırılmasına  xidmət etdiyini  vurğulamışdır. Qeyd olunmuşdur ki,   ölkədə  elmin, təhsilin  inkişafına, yüksək bilikli kadrların  yetişməsinə  böyük  qayğı  var  və  bunun  nəticəsidir ki, bu gün ali məktəb tələbələri  dünyanın  müxtəlif məşhur ali təhsil müəssisələrində istehsalat  təcrübəsi, internatura  kursları  keçir, dünya  elm təcrübəsini öyrənərək milli  təhsil sistemində  tətbiq edirlər.  Cəmiyyətin  sağlam  gələcəyinin savadlı həkimlərdən asılı   olduğunu  vurğulayan  rektor  muxtar  respublikada  Naxçıvan  MR  Ali  Məclisinin sədri Vasif Talıbovun birbaşa tövsiyəsi və tapşırığı  əsasında  məzunların  istiqamətləndirilməsi,  təyinatlandırılması işinə xüsusi  diqqət göstərildiyini, onların istər şəhər, istərsə də rayon tibb ocaqlarında  işlə təmin olunduğunu diqqətə çatdırmışdır. 

Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov çıxışında məzunları internatura dövründə təqdirəlayiq fəallıqlarına görə təbrik etmiş, onlara işgüzar həyatda uğurlar diləmişdir.

Tibb fakültəsinin dekanı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Bəhruz Məmmədov Naxçıvan  Dövlət Universitetinin Türkiyə  Cümhuriyyətinin universitetlərinin  tibb fakültələri ilə əlaqələri, eləcə də 2009 - 2010-cu tədris ilində Türkiyədə internatura kursu keçmiş tələbələr haqqında danışmışdır. Məzunlardan Roza  Qasımova,  Anar Musayev çıxış edərək  muxtar  respublika və universitet  rəhbərliyinə bu yüksək qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.  Tibb fakültəsinin məzunlarından aspirant Elmar Rzayevin  tibb  elmləri üzrə  fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasının avtoreferatı da tədbir iştirakçılarına paylanmışdır.

Sonda universitet rəhbərliyi  tərəfindən internatura keçmiş tələbələrə tibb sahəsinə aid dərslik və  internatura keçdikləri ali məktəblərin sertifikatları təqdim olunmuşdur.

Nərmin CƏFƏROVA

 
  "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - ¹23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov