İyunun 16-da "Excelsior" otelində Azərbaycan
gənclərini Kipr Beynəlxalq Universitetində
təhsil almağa cəlb etmək məqsədi ilə
universitetin təqdimat mərasimi keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi,
məktəb direktorları, müəllimlər və digər
qonaqlar iştirak edirdilər.
Tədbir Kipr Beynəlxalq Universitetinin
Azərbaycandakı təmsilçisi "Millenium" turizm
şirkətinin təşkilatçılığı ilə
gerçəkləşmişdir.Tədbirdə çıxış edən Kipr
Beynəlxalq Universitetinin rektoru Mehmet
Yüksələn ölkələrimiz arasında mövcud siyasi,
iqtisadi, mədəni əlaqələrdən danışdı.
Universitetləri haqqında məlumat verərək qeyd
etdi ki, bu təhsil ocağında dünyanın 28
ölkəsindən 5 minə yaxın tələbə təhsil alır.
Burada tələbələrə 7 ixtisas üzrə təhsil almaq
üçün lazımi şərait yaradılıb. Tədbirdə iştirak
edən Təhsil Nazirliyinin şöbə müdiri Qulu
Novruzov ölkə Prezidenti İlham Əliyevin müvafiq
Sərəncamı ilə təsdiq edilmiş "2007- 2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"nın uğurla həyata
keçirilməsindən danışdı.
Sonda tədbir iştirakçılarını maraqlandıran
suallara cavablar verildi.
Şakir DAYANDUROĞLU |