Azərbaycanda memarlıq və inşaat sahəsində
kadrların yetişdirilməsində böyük xidmətləri
olan Azərbaycan Memarlıq və İnşaat
Universitetinin maddi-texniki bazasını
möhkəmləndirmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Memarlıq və İnşaat Universitetinin
binasının əsaslı təmiri və yenidən qurulması
üçün Azərbaycan Respublikasının 2010-cu il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
3,0 (üç) milyon manat məbləğində vəsait
ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2010-cu il |