Haqqında
söhbət açmaq istədiyimiz Fərid Abdullayev
Ağcabədi şəhər 1 nömrəli orta məktəbin 5-ci
sinfində oxuyur. O, kiçik yaşlarından şahmata
böyük maraq göstərir. Elə buna görə də 2007-ci
ildən Ağcabədi Rayon Uşaq-Gənclər Şahmat
Məktəbində məşğul olur. Şahmat məktəbinin
direktoru ustalığa namizəd Cavanşir Məmmədov
Fəridin uğurlarından söhbət açaraq bildirdi ki,
o, 2009-cu ilin 21-30 avqust tarixlərində Quba
şəhərində keçirilən "Təhsil" Respublika İdman
Mərkəzinin şahmat üzrə açıq respublika
çempionatında 10 yaşlı şahmatçılar arasında I
yerə, 2010-cu ilin 19-28 fevral tarixlərində
İsmayıllı rayonunda keçirilən respublika şahmat
turnirində III yerə layiq görülüb. 2010-cu ildə
Fərid daha bir uğura imza atıb. O, bu il martın
9-18-də Saatlı rayonunda keçirilən Uşaq-Gənclər
Şahmat Məktəbləri komandalarının respublika
birinciliyinin zona yarışında I yeri tutaraq
finala vəsiqə qazanıb.
Fərid qarşıdan gələn yarışlarda da qaliblər
sırasında olmaq üçün var qüvvəsi ilə çalışır.
ƏDALƏT |