1. 2010-cu il martın 9-da Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər
Təşkilatının Uşaq Fondu (UNICEF) arasında
"Uşaqların ailələrə verilməsi və alternativ
qayğı ilə əhatə olunması mexanizminin
yaradılması" layihəsinin həyata keçirilməsi
üçün birgə əməkdaşlıq haqqında Anlaşma
Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinə tapşırılsın
ki, bu Sərəncamın 1-ci bəndində göstərilən
Memorandumun həyata keçirilməsini təmin
etsinlər.
3. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci
bəndində göstərilən Memorandumun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi barədə Birləşmiş Millətlər
Təşkilatının Uşaq Fondunu (UNICEF-i) xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2010-cu il |