İyunun
1-də Bakıdakı 68 nömrəli körpələr evi-uşaq
bağçasında 1 İyun Uşaqları Beynəlxalq Müdafiə
Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə
bağçanın kollektivi ilə birlikdə valideynlər də
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan bağçanın müdiri
Ofelya İmamverdiyeva uşaqları əlamətdar gün
münasibətilə təbrik edərək onlara xoş arzularını
bildirdi. Son illər ölkəmizdə təhsilin ilkin
pilləsi sayılan məktəbəqədər təhsilə göstərilən
diqqət və qayğıdan danışan O.İmamverdiyeva bu
işdə möhtərəm Prezidentimiz İlham Əliyevin
misilsiz xidmətlərini vurğuladı. O, bu il bağça
həyatına əlvida deyərək məktəbə qədəm qoyacaq
uşaqlara uğurlar dilədi və onları məktəb
təliminə hazırlayan tərbiyəçilərin, xüsusilə
Sevinc İskəndərova və Gültəkin Dadaşovanın
əməyini yüksək qiymətləndirdi.
Sonra uşaqlar musiqili-əyləncəli oyunlar nümayiş
etdirdilər. Orta yaş qrupu uşaqlarının
"Cücələrim" mütəhərrik oyunu tədbirə xüsusi rəng
qatdı. Məktəbəhazırlıq qrupu uşaqlarının nümayiş
etdirdiyi səhnəciklər bayram ab-havasını daha da
yüksəltdi.
Tədbirin sonunda valideynlər çıxış edərək belə
şəraitin yaradılmasına görə bağçanın
rəhbərliyinə və kollektivinə minnətdarlıq
etdilər.
Niyazi RƏHİMOV |