1. 2010-cu il aprelin 7-də Tallin şəhərində
imzalanmış "Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və Estoniya Respublikasının Təhsil və
Tədqiqat Nazirliyi arasında təhsil və tədqiqat
sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiq
edilsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci
bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirilməsi barədə Estoniya Respublikası
tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2010-cu il |