1. 2008-ci il iyunun 19-da Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikası Hökuməti və
Amerika Birləşmiş Ştatları Hökuməti arasında
təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"
təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Sazişin həyata keçirilməsi üçün
zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci
bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirilməsi barədə Amerika Birləşmiş Ştatları
Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2010-cu il |