Masallı
rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat
Məktəbinin uğurlarından danışarkən məktəbin
yetirməsi Sücaət Orucovu xususi qeyd etmək
lazımdır. O, Respublika Şahmat Mərkəzində bu il
martın 22-dən aprelin 2-dək yeniyetmələr
arasında keçirilən ölkə birinciliyində ən yüksək
nəticə göstərərək çempion adına layiq görülüb.
Hazırda idman ustalığına namizəd olan bu
yeniyetmə 2 dəfə Azərbaycan Şahmat
Olimpiadasının qalibi, 3 dəfə "Prezident
kuboku"nun mükafatçısı, dəfələrlə respublika
turnirlərinin qalibi, 2007-ci ilin gümüş
medalçısı, I Beynəlxalq Şahmat Festivalının -
"Gəncə-Open"in qalibi, 2007-ci ildə
Yunanıstanda keçirilmiş məktəblilərin dünya
birinciliyində 2-ci yerin sahibi, "Bakı-Open"
turnirinin və digər yarışların mükafatçısıdır.
Bu gün Sücaət Orucov 16 yaşlılar arasında
Azərbaycanın ən güclü şahmatçısı kimi tanınır.
O, iyun ayında Avropa birinciliyində və
oktyabrda Yunanıstanda keçiriləcək dünya
birinciliyində ölkəmizi təmsil edəcək. Eyni
zamanda avqustda Türkiyədə keçiriləcək dünya
olimpiadasında da nəyə qadir olduğunu bir daha
göstərəcək.
Biz həmin yarışlarda daha böyük qələbə qazanmaq
üçün gənc idmançıya uğurlar diləyirik.
Şakir CƏFƏROV |