Bakıdakı
46 nömrəli orta məktəbdə Böyük Vətən
müharibəsində qələbənin 65 illiyi münasibətilə
tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan
təhsil ocağının rəhbəri Sevinc Budaqova
qonaqları salamlayaraq veteranları təbrik etdi
və bu kimi mərasimlərin keçirilməsinin
şagirdlərin təlim-tərbiyəsinə müsbət təsir
göstərdiyini və onların şəxsiyyət kimi
formalaşmasına kömək etdiyini bildirdi.
Şagirdlər qələbə gününü şeirlərlə, mahnılarla,
müxtəlif rəqslərlə, səhnəciklərlə unudulmaz
xatirəyə çevirdilər.
Müharibə veteranları tədbirin təşkilatçılarına
minnətdarlıqlarını bildirdilər, şagirdlərə
müharibədə göstərdikləri şücaətlərdən bəhs
etdilər.
Tədbirin sonunda Böyük Vətən müharibəsində
qələbənin 65 illiyinə həsr olunmuş film
nümayiş olundu.
Rəşad ZİYADOV |