Mayın 5-də 12 nömrəli Bakı Peşə Liseyinin akt
zalında paytaxtın ilk peşə-ixtisas təhsili
müəssisələrinin şagirdləri arasında ümummilli
lider Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümünə həsr olunmuş "Şeir və mahnı"
müsabiqəsi keçirilmişdir.
Xatırladaq ki, bu ilin 15-16 aprel tarixlərində
bədii qiraətçiləri və mahnı ifaçılarının
müsabiqəsinin II seçim turu keçirilmiş, ən
yaxşılar bu final mərhələsinə çıxmışlar.
Mərasimdə Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri
Ağababa İbrahimov, Texniki peşə təhsili
şöbəsinin müdiri Namiq Məmmədov, Təhsil Alan
Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin
direktoru Məmməd Novruzov və başqaları iştirak
edirdilər.
Gərgin keçən final mərhələsinə şagirdlər
bir-birindən maraqlı ifalarla gəlmişdilər.
Həmin gün münsiflər heyətinin qərarı ilə mahnı
nominasiyası üzrə I yeri 6 nömrəli Bakı Peşə
Liseyinin şagirdi Pünhan Hüseynov, II yeri 10
nömrəli Bakı Peşə Məktəbinin şagirdi Sevinc
Məmmədova, III yeri 12 nömrəli Bakı Peşə
Liseyinin şagirdi Çinarə Heybətova, IV yeri 9
nömrəli Bakı Peşə Liseyinin şagirdi Nailə
Muxtarova tutmuşlar.
Müsabiqənin şeir nominasiyası üzrə isə I yeri 2
nömrəli Bakı Peşə Məktəbinin şagirdi Vaqif
Həsənov, II yeri 10 nömrəli Bakı Peşə Məktəbinin
şagirdi Şəms Əliyeva, III yeri 2 nömrəli Bakı
Peşə Liseyinin şagirdi Tofiq Cəlilov, IV yeri
isə 17 nömrəli Bakı Peşə Liseyinin şagirdi Ayşən
Yaqublu tutmuşlar.
Müsabiqənin sonunda qaliblər Təhsil Nazirliyinin
diplom və hədiyyələrilə mükafatlandırıldılar.
Vüqar SƏLİMOVA,
"Sənətkar" jurnalının əməkdaşı |