2010-cu ilin noyabr ayında Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasının
yaradılmasının 80 illiyi tamam olur.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası fəaliyyətə başladığı vaxtdan
etibarən ölkəmizin idman həyatına layiqli
töhfələr vermişdir. Akademiyanın yetirmələri
Olimpiya oyunlarında, dünya və Avropa
çempionatlarında böyük nailiyyətlər qazanaraq
ölkəmizi layiqincə təmsil etmişlər.
Respublikamızda bədən tərbiyəsi və idman
sahəsinin inkişaf etdirilməsi üçün kadrların
hazırlanmasında mühüm xidmətlərini nəzərə alaraq,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının 80 illik yubileyinin qeyd
olunmasını təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə birlikdə, Milli Olimpiya
Komitəsinin təkliflərini nəzərə almaqla,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının 80 illiyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 may 2010-cu il |