Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

07 May 2010 - ¹17

 

Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb

Bookmark and Share

Mayın 3-də Bakı Slavyan Universitetinin akt zalında bu ali təhsil müəssisəsinin Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə təşkil etdikləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfrans iştirakçıları öncə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə tər çiçəklər düzüblər.

Konfransda təhsil nazirinin müavini Elmar Qasımov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, konfransa dəvət almış xarici ölkə alimləri, respublikanın ali təhsil müəssisələrinin nümayəndələri, universitetin müəllim və tələbə heyəti və KİV təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdullayev ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda I Beynəlxalq elmi konfransın nəinki BSU-nun 10 illik fəaliyyəti çərçivəsində, eləcə də bütün Azərbaycanın elmi-mədəni mühitində mühüm hadisə olduğunu diqqətə çatdırıb. Azərbaycanşünaslığın inkişafı, xarici ölkələrdə təbliği və  eləcə də həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə sıx əlaqələrin yaradılması məqsədilə keçirilən konfransın bölmə iclaslarının mayın 3-dən 8-dək Bakı, Naxçıvan və Gəncə şəhərlərində təşkil ediləcəyini bildirib. Rektor konfransın təşkilatçısı olan Bakı Slavyan Universitetinə bu işdə Gəncə Dövlət Universitetinin və Naxçıvan Dövlət Universitetinin yaxından kömək göstərdiklərini vurğulayıb.

Natiq konfrans çərçivəsində tanınmış rusiyalı alim, professor Yuri Pompeyevin Qarabağ həqiqətlərini əks etdirən "Qarabağ  gündəliyi"  kitabının  təqdimatının  keçiriləcəyini  də  qeyd  edib.

Professor Kamal Abdullayev həmçinin konfransın işinin müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini ehtiva edən siyasət, hüquq, tarix, etnoqrafiya, dil və ədəbiyyat, mədəniyyət, incəsənət, elm və təhsil, iqtisadiyyat və coğrafiya istiqamətlərində aparılacağını, işçi dilləri Azərbaycan, rus və ingilis dilləri olan konfransa respublika ali məktəblərindən 150-dən çox, Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Litva, İraq, Qazaxıstan universitetlərindən isə 40-a yaxın elmi məruzənin təqdim olunduğunu, konfransda bir neçə xarici ölkə alim və mütəxəssislərinin elmi məruzələrlə çıxış edəcəklərini toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Sonra çıxış üçün söz təhsil nazirinin müavini  Elmar Qasımova verilib.

Nazir müavini öncə xarici qonaqları və konfrans iştirakçılarını nazirliyin rəhbərliyi adından salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Konfransın çox aktual bir mövzuya həsr olunduğunu və ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilməsinin təsadüfi olmayıb, zərurətdən irəli gəldiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb. Dünyada öz müdrik və uzaqgörən siyasəti ilə tanınan və dahi bir şəxsiyyət kimi sevilən ümummilli lider Heydər Əliyevin məhz azərbaycanlı olduğunu və Azərbaycan  dilinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin və musiqisinin inkişafı və təbliği üçün böyük işlər gördüyünü, unudulmaz lider kimi hazırda xatirələrdə yaşadığını diqqətə çatdırıb. Natiq Heydər Əliyevi Azərbaycanı təbliğ edən ən böyük şəxsiyyət kimi qiymətləndirib. E.Qasımov konfransda xarici ölkə alimlərinin iştirakının və ölkəmizin 140-a yaxın alim və tədqiqatçısının bu tədbirə qatılmasının əhəmiyyətini açıqlayıb və bu tədbirin Bakıda, Gəncədə, həm də Naxçıvanda keçiriləcəyinin önəmli olduğunu qeyd edib. Konfransın dövlət səviyyəsində keçirilməsinin gələcəkdə bu işin davam etdirilməsinə xüsusi təkan verəcəyini vurğulayan nazir müavini tədbirin təşkilatçılarına, BSU-nun rektoru Kamal Abdullayevə və təşkilat komitəsinə dərin təşəkkürünü bildirib. Azərbaycanşünaslığın ən böyük anlam olduğunu diqqətə çatdıran E.Qasımov məhz bu gün Azərbaycanın müəyyən problemlərinin, xüsusilə Qarabağ probleminin dünya ölkələrinə çatdırılmasının vacibliyini bildirib, yalnız bu yolla həqiqətin aşkar oluna biləcəyini deyib.

Heydər Əliyev siyasətini və kursunu təbliğ etmək üçün müxtəlif universitetlərdə mərkəzlərin yaradılmasının vacibliyini vurğulayan nazir müavini bunun yalnız gənclərimizin savadlanmasına, azərbaycançılıq mövqeyindən tərbiyə olunmasına, milli mentalitetimizin qorunmasına və bəşəri dəyərlərə hörmətlə yanaşılmasına xidmət edəcəyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Elmar Qasımov Bakı Slavyan Universitetinin işini Moskvada və Polşanın paytaxtı Varşavada belə mərkəzlər yaratdığına görə yüksək qiymətləndirib.

Daha sonra konfransda çıxış edən Yuri Pompeyev (Rusiya), Mişel Malerb (Fransa), Kavaliauskas Vidas (Litva), Olqa Kiras (Rusiya) və Alla Axundova (Rusiya) Azərbaycana gəlmələrindən məmnunluq duyduqlarını bildirərək burada hörmətlə qarşılanmalarından, ümumiyyətlə Azərbaycanın füsunkar bir ölkə olmasından, insanlarının qonaqpərvərliyindən söz açıblar.

Nahar fasiləsindən sonra professor Y.A.Pompeyevin "Qarabağ gündəliyi" kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda çıxış edənlər ağrılı yerimiz olan Qarabağ probleminə öz münasibətlərini bildirib, onları maraqlandıran suallarla kitabın müəllifinə müraciət ediblər.

Konfrans öz işini davam etdirir.

Nizami MİRZƏ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
07 May 2010 - ¹17
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Prezident İlham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib
 
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
 
Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
 
Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
 
Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb
 
Milli təhsilimizin himayədarı
 
Təhsil Nazirliyinin kollegiya iclasında
 
Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı
 
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb
 
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans
 
"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə
 
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir
 
Şeir və mahnı müsabiqəsinə yekun vuruldu
 
"Biz qələbənin varisləriyik"
 
Bakı Dövlət Universitetində elmi-praktik konfrans
 
Vətən sevgisi ilə döyüşənlər
 
Qələbədə payı olanlar
 
Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi
 
Veteranlar göstərdikləri şücaətlərdən danışdılar
 
Acı uşaqlıq xatirələrimdən
 
Balaca rəssamın fərdi sərgisi
 
İdmanda birinci, dərslərdə əlaçı
 
Ağcabədidə məktəblərarası futbol birinciliyinə yekun vurulub
 
Dünya universitetləri: Honq Konq Elm və Texnologiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov