Mayın 5-də Bakı Dövlət Universitetində (BDU)
"Heydər Əliyev məktəbi"nin ümummilli liderin
anadan olmasının 87-ci ildönümünə həsr edilmiş
növbəti məşğələsi keçirilmişdir.
Tanınmış alimlərin, müəllim və tələbələrin
iştirak etdikləri məşğələdə BDU-nun rektoru,
Milli Məclisin deputatı, akademik Abel
Məhərrəmov ulu öndər, qüdrətli şəxsiyyət Heydər
Əliyevin tarixi xidmətlərindən danışmış,
ölkəmizin iqtisadiyyatında, elm və təhsildə,
digər sahələrdə qazanılan nailiyyətlərin onun
adı ilə bağlı olduğunu vurğulamışdır.
Akademik A.Məhərrəmov dahi rəhbər Heydər
Əliyevin elmin, təhsilin inkişafına daim böyük
əhəmiyyət verdiyini xatırladaraq ümummilli
liderin ideyalarının Prezident İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini nəzərə
çatdırmışdır.
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli
Əhmədov xalqımızın böyük oğlu Heydər Əliyevin
müstəqil dövlətimizin yaranmasında, inkişafında
və dünyada tanınmasında əvəzsiz rolundan bəhs
etmişdir.
1988-1992-ci illərdə ölkəmizin parçalanmaq
təhlükəsi ilə üzləşdiyini xatırladan Ə.Əhmədov
1993-cü ildə xalqın tələbi ilə ulu öndər Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından
sonra respublikamızın bu təhlükədən xilas
olduğunu söyləmişdir. O, müdrik dövlət xadimi
Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən
danışaraq, ümummilli liderin ideyalarının əbədi
yaşayacağını vurğulamışdır.
Sonra BDU-nun xeyli sayda əməkdaşı və tələbəsi
Yeni Azərbaycan Partiyasına üzv qəbul
olunmuşdur.
AzərTAc |