Bakı Dövlət Universitetində (BDU) 1941-1945-ci
illər Böyük Vətən müharibəsində qələbənin 65-ci
ildönümünə həsr edilmiş elmi-praktik konfrans
keçirilmişdir.
Konfransda BDU-nun rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov, Yeni
Azərbaycan Partiyası sədrinin müavini - icra
katibi, Milli Məclisin deputatı Əli Əhmədov
1941-1945-ci illər Böyük Vətən müharibəsinin
bəşəriyyətə ağır bəlalar gətirdiyini
bildirmişlər. Bu müharibədə tarixi Qələbənin
qazanılmasında Azərbaycan xalqının rolundan bəhs
edən natiqlər faşizmə qarşı döyüşlərdə
qəhrəmanlıqlar göstərmiş azərbaycanlıların
yüksək fəxri adlara layiq görüldüklərini diqqətə
çatdırmışlar.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin
veteranlara daim diqqət və qayğı göstərdiyini
vurğulayaraq, dahi rəhbərin siyasətinin
Prezident İlham Əliyev tərəfindən davam
etdirildiyini bildirmişlər.
Konfransda əlamətdar gün münasibətilə
1941-1945-ci illər Böyük Vətən müharibəsi
veteranlarına mükafatlar təqdim olunmuşdur.
AzərTAc |