Naxçıvan
Dövlət Universitetində xalqımızın
ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümünə həsr olunan
fakültələrarası viktorina keçirildi.
Bilik yarışmasından əvvəl çıxış edən
universitetin tərbiyə işləri üzrə prorektoru,
fəlsəfə elmləri doktoru Məmməd Rzayev
viktorinanın keçirilməsində məqsədin
tələbələrin dahi öndər, parlaq şəxsiyyət
Heydər Əliyevin həyat və fəaliyyətini
dərindən öyrənmələrindən və bu sahədəki
biliklərinin artırılmasından ibarət olduğunu
diqqətə çatdırdı, bütün komandalara uğurlar
dilədi.
NDU Tələbə Gənclər Təşkilatının sədri,
Azərbaycan TGTİ İctimai Birliyinin sədr müavini
Arzu Abdullayev yarışmanın məqsəd və
vəzifələrindən danışdı, viktorinanın şərtləri
haqqında ətraflı məlumat verdi.
3 turdan ibarət olan yarışmada universitetin
10 fakültəsinin və magistratura şöbəsinin
komandaları birincilik uğrunda gərgin
mübarizə apardılar. Finala vəsiqə qazanan
komandalar universitetin hüquq fakültəsinin
"Fikir", fizika-riyaziyyat fakültəsinin "Şərqin
qapısı" və iqtisad fakültəsinin "Vətən"
komandaları oldular. Yüksək zəka və fəallıq
nümayiş etdirən "Vətən" komandası birincilik
qazandı.
Qalib komandalara NDU Tələbə Həmkarlar Komitəsi
tərəfindən diplomlar və xatirə hədiyyələri
təqdim edildi.
***
Naxçıvan Özəl Universitetində Heydər
Əliyev lektoriyasının növbəti məşğələsi
keçirilmişdir.
"Heydər Əliyevin işi və əməlləri yaşayır"
mövzusunda məşğələ başlanmazdan əvvəl ulu
öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir. Lektoriyanı giriş sözü ilə
universitetin tədris və elmi işlər üzrə
prorektoru, tarix elmləri namizədi, dosent
İbrahim Kazımbəyli açaraq dahi şəxsiyyət Heydər
Əliyevin müasir Azərbaycan dövlətinin
yaranmasında, inkişafı və beynəlxalq aləmdə
tanınmasında göstərdiyi misilsiz xidmətlərindən
danışmışdır.
Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər
Əliyev Azərbaycan xalqının tarix boyu
yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq
bu gün də milyonlarla insanın qəlbində yaşayır.
Həyatının mənasını xalqa və dövlətə xidmətdə
görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən
çətin sınaqlara mərdliklə sinə gərən millət
fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə
xatırlanır.
Bildirilmişdir ki, Heydər Əliyevin həyat və
fəaliyyəti böyük bir məktəbdir və daim
öyrənilməlidir. Bir daha vurğulanmışdır ki,
ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır.
Azərbaycan xalqı, bütün türk dünyası və
qədirbilən bəşəriyyət onu heç vaxt
unutmayacaqlar.
***
Aprelin 29-da Bakıdakı 42 nömrəli orta
məktəbdə ümummilli lider Heydər Əliyevin
anadan olmasının 87-ci ildönümü münasibətilə
"Bir dahinin ad günüdür" adı ilə gül bayramı -
təntənəli tədbir keçirilib. Məktəbin foyesində
və geniş dəhlizində şagirdlərin Heydər Əliyevin
ildönümünə həsr etdikləri müxtəlif səpgili əl
işləri sərgilənib. Kətanlarda əl ilə çəkilmiş
rəsmlər, toxuculuq işləri, respublikamızın
dövlət atributlarını, xəritəsini və tarixi
abidələrini nəfis şəkildə əks etdirən müxtəlif
rəngli muncuqlardan hazırlanmış işlər qonaqların
marağına səbəb olub.
Sonra qonaqlar, məktəbin müəllim və şagirdləri
akt zalına toplaşıblar. Azərbaycanın Dövlət
himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Firəngiz Həmidova ulu öndər Heydər Əliyevin
həyat və fəaliyyətindən, misilsiz xidmətlərindən
qısa məlumat verib. Ümummilli liderin anadan
olmasının 87-ci ildönümü münasibətilə belə
tədbirlərin bütün ümumtəhsil məktəblərində və
digər sahələrdə qeyd edildiyini vurğulayıb.
Məktəbin kiçikyaşlı şagirdləri ulu öndərə və
onun layiqli davamçısı Prezident İlham Əliyevə
həsr edilmiş müxtəlif şeirlər söyləyib, mahnılar
oxuyublar. Monitor vasitəsilə ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin həyat və
fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Çıxışlarda müstəqil Azərbaycan Respublikasının
memarı və qurucusu Heydər Əliyevin 50 milyonluq
azərbaycanlılar tərəfindən həmişə hörmətlə
anılacağı və sevgi ilə xatırlanacağı qeyd
edilib.
***
Aprelin 27-də Bakıdakı 15 nömrəli orta
məktəbdə xalqımızın ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 87-ci ildönümü
münasibətilə tədbir keçirildi. Məktəbin
direktoru Şəhla Əmrahova tədbir iştirakçılarına
ömrünü, taleyini, bütün varlığını xalqına
bağışlayan əvəzolunmaz şəxsiyyət, xalqımızın
ümummilli lideri Heydər Əliyevin həyat yolu,
misilsiz xidmətləri haqqında geniş məlumat
verdi. Qeyd edildi ki, Heydər Əliyev xalqı üçün,
Vətəni üçün yaşadı, yaratdı. O, sevgisini öz
əməlləri ilə sübuta yetirdi. Müstəqil
Azərbaycanın həm rəhbəri, həm də memarı olan bu
dahi şəxsiyyət xalqımız yaşadıqca yaşayacaqdır.
Tədbirin aparıcıları Aygün və Arzu ulu öndər
Heydər Əliyevin xalqımız üçün misilsiz
xidmətlərindən danışdılar. Onlar şagirdlərin
ümummilli lider Heydər Əliyevə həsr etdikləri əl
işlərini nümayiş etdirdilər.
Şagirdlər Heydər Əliyevə həsr etdikləri mahnı,
şeir və rəqslərlə həmin günü daha da yaddaqalan
etdilər.
Tədbirin sonunda ulu öndərə həsr olunan film
nümayiş olundu.
***
Bakıdakı A.Eyvazov adına 275 nömrəli orta
məktəbdə ümummilli lider Heydər Əliyevin
anadan olmasının 87-ci ildönümünə həsr edilmiş
"Ulu öndər və Azərbaycan məktəbi" mövzusunda
tədbir və gül bayramı keçirilib.
Tədbir iştirakçıları məktəbin foyesində və
dəhlizində açılmış şagirdlərin əl işlərindən
ibarət sərgi ilə tanış olublar.
Toplantını giriş sözü ilə açan məktəbin
direktoru Elmira İsmayılova ulu öndərin anadan
olmasının ildönümü münasibətilə keçirilən
tədbirin təsadüfi xarakter daşımadığını,
ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin
daima qəlblərdə yaşadığının bariz nümunəsi
olduğunu qeyd edib. O, ulu öndərin 2002-ci ildə
bu təhsil ocağında olmasından və görüş zamanı
tövsiyə xarakterli, dərin məzmunlu çıxışından
söz açıb. Ulu öndərin bu gəlişindən ruhlanan
məktəbin müəllim və şagirdlərinin sonrakı
illərdə daha yeni nailiyyətlər əldə etdiklərini
diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilib. Çıxış edənlər dünya siyasətinin
nəhəngi, Azərbaycan xalqının müdrik oğlu,
müstəqil Azərbaycan Respublikasının memarı və
qurucusu Heydər Əliyevin uzaqgörən siyasətindən,
xalqı üçün yaratdığı xarüqələrdən, ömrünü
Vətəninə və millətinə həsr etməsindən söz
açıblar. Natiqlər, bu gün ümummilli lider Heydər
Əliyevin siyasətini ləyaqətlə davam etdirən
hörmətli Prezidentimiz İlham Əliyev cənablarının
gərgin əməyi sayəsində ölkəmizin gündən-günə
çiçəklənməsindən, xalqımızın firavan
yaşamasından danışıblar.
Sonra məktəbdə çoxdan yaradılmış, son zamanlar
zənginləşdirilərək yeniləşdirilmiş "Ulu öndər və
Azərbaycan məktəbi" guşəsinin açılışı olub.
Açılışdan sonra bir sıra müsabiqə və yarışların
qalibi olmuş məktəbin müəllim və şagirdlərinə
medallar, diplomlar və fəxri fərmanlar təqdim
edilib.
Söz şagirdlərə verilib. Onlar ümummilli lider
Heydər Əliyevə həsr edilmiş mahnılar oxuyub,
şeirlər söyləyiblər. Monitor vasitəsilə ulu
öndərin həyat və fəaliyyətindən bəhs edən
görüntülər nümayiş etdirilib. Ümummilli liderin
layiqli davamçısı hörmətli Prezidentimiz İlham
Əliyevin apardığı daxili və xarici siyasəti
işıqlandıran görüntülər də monitor vasitəsilə
göstərilib.
***
Respublikamızın bütün bölgələrində olduğu kimi,
Bərdə rayonunda da ulu öndər Heydər
Əliyevin anadan olmasının 87-ci ildönümü
münasibətilə silsilə tədbirlər keçirilir. Belə
tədbirlərdən biri də rayon təhsil şöbəsi və Yeni
Azərbaycan Partiyası Bərdə rayon təşkilatının
birgə keçirdikləri "Bir xalqın borclu olduğu
soyad" mövzusundakı inşa müsabiqəsidir.
Müsabiqədə ümumtəhsil məktəblərindən 120 şagird
iştirak edib. Ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətini əks etdirən inşalar
münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qaliblər fəxri diplom və hədiyyələrlə
mükafatlandırılıblar. |