Azərbaycan Dillər Universitetinin
İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin
rəhbəri Zeynəb Kazımovadan aldığımız məlumata
görə, 2010-2011-ci tədris ilində ADU-nun
Avropaşünaslıq və Beynəlxalq münasibətlər
fakültəsində iki yeni - qafqazşünaslıq və
hindistanşünaslıq ixtisasları açılıb. Artıq
yeni tədris ilindən universitetdə həmin
ixtisasların öyrədilməsinə başlanılacaq və
burada 10 nəfər tələbə qafqazşünaslıq, 10 nəfər
tələbə isə hindistanşünaslıq ixtisasları üzrə
Boloniya prosesinin tələblərinə uyğun olaraq
kredit sistemi üzrə təhsil alacaqdır.
Ali məktəbdə gələcəkdə tələbələrin ölkə
daxilində və xaricdə ixtisasartırma kursları
və mübadilə proqramında iştirakı da nəzərdə
tutulur.
Şakir CƏFƏROV |