Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Sentyabr 2010 - ¹ 36

 

"Bilik günü" təhsil müəssisələrində qeyd olundu

Bookmark and Share

Azərbaycan Texniki Universitetində 15 sentyabr - yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirildi. Mərasim iştirakçıları əvvəlcə universitetin birinci mərtəbəsində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə tər qərənfil dəstələri düzdülər. Sonra bu təhsil ocağının həyətində başlanan tədbiri universitetin rektoru Havar Məmmədov açaraq qonaqları, müəllim və tələbələri "Bilik günü" - yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Qeyd edildi ki, universitetə 1715 yerə qarşı 1709 tələbə qəbul olunub. Bu, çox böyük uğurdur. Azərbaycan Texniki Universitetində 29 istiqamət, 75-dən çox ixtisas üzrə kadr hazırlığı aparılır. Universitetdə 80-ə yaxın professor, elmlər doktoru, 350-yə qədər elmlər namizədi, dosent çalışır. Bir neçə ildir ki, bu təhsil ocağı Boloniya prosesinə qoşulub. Ümumiyyətlə, tələbələrin təhsilində informasiya texnologiyalarından geniş istifadə olunur.

Bildiyiniz kimi, ölkə Prezidenti möhtərəm İlham Əliyev gənclərin təhsilinə, onların sosial şəraitinin yaxşılaşmasına xüsusi önəm verir. Ali və orta ixtisas bazaları genişləndirilir. Son illərə kimi 2000-dən çox yeni təhsil müəssisələri tikilib istifadəyə verilib. Bu, ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın apardığı uğurlu işin nəticəsidir...

Sonra mərasimdə iştirak edən millət vəkilləri Gülər Əhmədova, Elton Məmmədov, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, yüksək bal toplamış I kurs tələbəsi Nigar Əhmədova, valideyn Azər Əfəndiyev və IV kurs tələbəsi Araz Məmmədov çıxış edərək yeni dərs ili münasibəti ilə universitetin müəllim və tələbələrini təbrik etdilər.

Tədbirin sonunda yüksək bal toplayaraq universitetin müxtəlif fakültələrinin I kursuna qəbul olmuş gənclərə tələbə biletləri, qiymət kitabçaları və hədiyyələr təqdim olundu.

***

Ölkəmizin bütün ali, orta ixtisas və ümumtəhsil məktəblərində olduğu kimi, Lənkəran Dövlət Universitetində də yeni dərs ili - "Bilik günü" təntənə ilə qeyd edildi.

Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov yeni dərs ilinin başlanması münasibəti ilə magistr və tələbələri təbrik etdi. Bildirdi ki, yeni dərs ilində universitetdə 21 ixtisas üzrə 1500-dək tələbə təhsil alacaq. Bunun 355 nəfəri ilk dəfə auditoriyaya qədəm qoyur.

Universitetin dosenti, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, valideynlər adından Alxan Şahverdiyev, Ədalət Həmidov çıxış edərək tələbələri təbrik etdilər, onlara elm və təhsil sahəsində uğurlar arzuladılar.

Tələbələr adından çıxış edən, 500-dən çox balla ali məktəbə daxil olmuş Nərmin Babazadə, Cəmilə Əliyeva və Günəş Bayramlı ürək sözlərini söyləyərək təhsildə və universitetin ictimai həyatında fəal iştirak edəcəklərinə söz verdilər.

Universitetə yüksək balla daxil olanların bir qrupuna tələbə bileti təqdim edildi.

***

Azərbaycan Dövlət Neft Akademiyasında bu il   yüksək bal toplayaraq adıçəkilən ali təhsil ocağına qəbul olunan 1-ci kurs tələbələri ilə görüş keçirildi. Görüşü Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev açaraq bütün tələbələri "Bilik günü" münasibəti ilə təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı. Son illər ölkə təhsilinin uğurla inkişaf etdiyini, gənclərin təhsilə, elmə olan marağının artdığını söyləyən rektor 2010-2011-ci tədris ilində rəhbərlik etdiyi ali təhsil ocağına 1500-ə yaxın gəncin daxil olduğunu bildirdi. Qeyd etdi ki, ali məktəbə qəbul olunanlardan 84 nəfəri 600, 281 nəfəri isə 500-dən yuxarı bal toplayıb. S.Qarayev  yüksək nəticə göstərən həmin tələbələrin təhsil alacaqları illər ərzində də fərqlənəcəklərinə, nailiyyətləri ilə ali məktəbə başucalığı gətirəcəklərinə ümidvar olduğunu bildirdi. Görüşdə o da vurğulandı ki, Neft Akademiyasını bitirən məzunların işlə təmin edilməsi məqsədi ilə yeni layihələr hazırlanır. Artıq bir çox gənc bu il iş yeri ilə təmin edilib.

 Sonda gənclərə tələbə biletləri təqdim olundu.

***

Həmin gün Bakıdakı 35 nömrəli orta məktəbdə də təntənə ilə qeyd edildi. Dövlət himninin səslənməsi və bayrağın gətirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Naibova müəllimləri, məktəbə ilk qədəm qoyan birinciləri və onların valideynlərini təbrik etdi. Onlara dərslərində uğurlar arzulayaraq bu gün təhsilə göstərilən dövlət qayğısından söz açdı.

Tədbirdə çıxış edən Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin metodisti Sevinc Amanava əvvəlki illərlə müqayisədə bu gün şagirdlər üçün məktəblərdə  daha yaxşı  şərait yaradılmasından, şagirdlərin üzərinə düşən vəzifələrdən söhbət açdı.

Tədbir birincilərin ilk zənglə sinfə daxil olmalarıyla başa çatdı.

***

 Bakıdakı  42 nömrəli orta ümumtəhsil məktəbində keçirilən "Bilik günü" mərasimində ilk zəng çalındıqdan sonra Azərbaycanın  Dövlət bayrağı səhnəyə gətirildi və himnin sədaları altında  qaldırıldı. Tədbir başlanmazdan əvvəl ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda  şəhid olmuş məktəbin məzunlarının əziz xatirələri bir dəqiqəlik sükutla  yad edildi. Təhsili millətin gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda sonsuz fədakarlığından danışan tədbirin aparıcıları məktəb kollektivi adından təhsil ocağının  yenidən qurulmasında, əsaslı təmir  olunmasında  əvəzsiz rolu olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildirdilər.

Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Qarabağlı  birinciləri təbrik etdi, onlara dərslərində uğurlar, müəllimlərə isə şərəfli peşələrində daha da ucalmağı  arzuladılar.

***

Bayram tədbiri Bakıdakı 57 nömrəli orta məktəbdə də geniş qeyd edildi. Yeni dərs ili məktəb kollektivi üçün ikiqat bayrama çevrilib.  Belə ki, bu il təhsil ocağı  Təhsil Nazirliyinin vəsaiti  hesabına əsaslı təmir olunaraq  istifadəyə verilib. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aidə Əhmədova müəllimləri və birinciləri təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı.

Birinciləri  təbrik edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev onlara dərslərində yaxşı oxumağı, həmişə valideynlərinin, müəllimlərinin nəsihətlərini eşitməyi tövsiyə etdi.

Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov da şagirdləri, müəllimləri və valideynləri  təbrik etdi. Ə.Əhmədov Azərbaycan dövlətinin elmə, təhsilə böyük diqqət və qayğısından danışaraq  ölkəmizin daha da qüdrətlənməsi üçün gənc nəslin savadlı olmasının vacibliyini vurğuladı. 

 Təhsilə göstərilən diqqət və qayğıdan danışan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov da birinciləri təbrik etdi, onlara dərslərindən həmişə əla qiymətlər almağı arzuladı.

Tədbir iştirakçıları məktəbin yenicə təmirdən çıxmış, müasir avadanlıqlarla təmin olunmuş binası  ilə tanış oldular.  

***

Bakıdakı 239 nömrəli məktəbdə "Bilik günü" unudulmaz xatirə ilə yadda qaldı.  Birincilər həyəcanla məktəbin həyətində idilər.  Məktəb rəhbərliyi adından qonaqlara "xoş gəldin" deyən tədbirin aparıcıları müəllimləri, birinciləri "Bilik günü"  münasibətilə təbrik etdi.   Onlara həmişə dərslərindən əla qiymətlər almağı, Azərbaycana layiq olmağı arzuladı. 

Çıxış edən qonaqlar  da müəllimləri, birinciləri və onların valideynlərini təbrik etdilər. Birincilər müxtəlif şeirlərlə, mahnılarla həmin günü unudulmaz xatirəyə çevirdilər.  

"Azərbaycan müəllimi"

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

17 Sentyabr 2010 - ¹ 36

2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Ötən tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə layiq görülüb
 
Təhsil Nazirliyi tərəfindən 40-dək yeni normativ-hüquqi sənəd hazırlanıb
 
Yeni məktəb binaları və əlavə korpuslar tikilib
 
Bu il məktəblərə 3,2 milyon manatlıq avadanlıq verilib
 
Məktəbəqədər təhsilin yeniləşdirilməsi diqqət mərkəzindədir
 
Alimlərimizin xarici jurnallarda 1733 məqaləsi dərc olunub
 
Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı
 
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur
 
Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib
 
ADPU yeni tədris ilinə uğurla başlayıb
 
Zəka, intellekt bayramı
 
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
 
"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci
 
Qafqaz Universiteti yeni tədris ilinə yüksək reytinqlə başladı
 
"Bilik günü" təhsil müəssisələrində qeyd olundu
 
Heydər Əliyev adına lisey özünün yeddinci tədris ilini qeyd etdi
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinə 24 ixtisas üzrə 1164 gənc qəbul olunub
 
Daim öyrənməklə keçən ömür
 
Balaca Səma hamını heyrətləndirdi
 
Naxçıvanda təhsil yarmarkası
 
ADU-da daha iki ixtisas açılıb
 
Təfəkkür nurunun qaynağı
 
Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab
 
"Durnam, gedər olsan bizim ellərə"
 
"Azərbaycan tarixi: Baharlılar"
 
Balacaların bilik sevinci
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Çin Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov