Hər tədris ilində olduğu kimi, 2009-2010-cu
tədris ili də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təhsilə diqqət
və qayğısı, dövlət siyasətində təhsilin əsas
prioritet təşkil etməsi ilə yadda qalıb. İl
ərzində ölkə Prezidenti tərəfindən təhsillə
bağlı 45 sərəncam və 3 fərman, Nazirlər Kabineti
tərəfindən isə 25 qərar imzalanıb. 2009-2010-cu
tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət
təltiflərinə - orden və medallara, fəxri adlara,
fərdi təqaüdlərə layiq görülüb. |