Sentyabrın
15-də Bakıdakı 291 nömrəli "Araz" Ekologiya
Liseyində "Bilik günü" münasibətilə təntənəli
tədbir keçirildi. Dövlət himninin səslənməsi ilə
başlayan tədbiri giriş sözü ilə liseyin
direktoru Südabə Mikayılova açaraq müəllimləri,
məktəbə ilk qədəm qoyan birinciləri və onların
valideynlərini təbrik etdi. O, şagirdlərə
həmişə dərslərini yaxşı oxumağı, müəllimlərinin
tapşırıqlarına əməl etməyi tövsiyə etdi.
S.Mikayılova liseyin uğurlarından danışaraq
bildirdi ki, bu il 5 nəfər məzun 600-dən çox bal
toplayaraq ölkənin nüfuzlu ali məktəblərinə
qəbul olunub.
Çıxış edən müəllimlər və ötən ilin məzunları
balaca fidanları təbrik etdilər. I "a" sinfinə
qəbul olan balaca Səma Səfərli bağçada
öyrəndiyi şeirlərlə tədbir iştirakçılarının
diqqətini cəlb etdi. Yeni tədris ilinin ilk
zəngi çalındıqdan sonra birincilər dərs
keçəcəkləri otaqlarda yerləşdirildi. I "a"
sinfində dərs deyəcək ibtidai sinif müəllimi
Telli Süleymanovanın körpə fidanlarla ilk dərsi
maraqlı keçdi.
Rəşad ZİYADOV |