Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Sentyabr 2010 - ¹ 36

 

Daim öyrənməklə keçən ömür

Bookmark and Share

İnanmaq olmur ki, Nizami rayonundakı Eldar Quliyev adına 145 nömrəli məktəbin direktoru Nikolay Zinovyeviçin 65 yaşı tamam olur. O öz işinin vurğunudur. Nikolay Zinovyeviç Beynəlxalq Pedaqoji Cəmiyyətin əlaqələndirmə şurasının "Moskva merinin təqaüdü" hamilik şurasının üzvüdür.

Təhsilin inkişafındakı xidmətlərinə görə Nikolay Zinovyeviç Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalına layiq görülüb.

İctimai və peşə fəaliyyətindəki uğurlarına görə Nikolay Zinovyeviçin adı "XXI əsr Azərbaycan ziyalıları", "Azərbaycan təhsilinin məşhur xadimləri" və "Yaxşıların yaxşısı" kitablarında qeyd edilib.

Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin inkişafına görə Nikolay Zinovyeviç Rusiya Federasiyası XİN-in Fəxri fərmanı ilə təltif edilib. Təltiflərini saymaqla qurtarmaz.

Artıq 20 ildir ki, Nikolay Zinovyeviç 145 nömrəli məktəbə rəhbərlik edir. Bir insan və bir rəhbər kimi onun haqqında çox xoş sözlər demək mümkündür. Lakin bizcə, elə pedaqoji ictimaiyyətin arasında yayılmış "Vasilçenkonun məktəbi" ifadəsi onu təqdim etmək üçün kifayətdir. Təhsil almaq üçün məktəbimizə şəhərin müxtəlif guşələrindən şagirdlər gəlirlər. Onlar bu məktəbin kandarından sevinclə daxil olurlar.

Öz xarakterinə görə Nikolay Zinovyeviç liderdir, öndə getməyi bacarır və arxasınca aparmağı da bacaran şəxsdir. Öz ətrafında olanları da öz enerjisi ilə irəli çəkir, hər bir başlanğıcda qalib gəlməyə, yaxşılar sırasında olmağa sövq edir.

Onun xarakterinin formalaşmasında fiziki tərbiyə əsas rol oynamışdır. Belə ki, o motoidman üzrə idman ustası, SSRİ yığmasının üzvü, on dəfə Azərbaycan çempionu, beynəlxalq dərəcəli hakim olmuşdur.

Zahiri görkəmlə bərabər, hər bir işdə intizamlı və dəqiq olan Nikolay Zinovyeviç bizim hər birimizdən belə intizam tələb edir. Hər şey öz vaxtında olmalıdır: işə gəlmək, hesabat vermək, jurnalların yazılması. Onun nizam və səliqəsi ətrafındakıları da buna sövq edir.

Müəllim-yenilikçi, həmişə axtarışda olan Nikolay Zinovyeviç pedaqoji kollektivi də yaradıcı işə cəlb etmişdir. O, daim öz üzərində işləyir. Onun kabinetində külli miqdarda pedaqogika, müasir metodika və yeniliklərə aid ədəbiyyat vardır. O, yeni çap olunan ədəbiyyatı öyrənir, məktəbin metodiki şurasında müzakirə edir.

Müəllim və şagirdlərin birgə əməyi və Nikolay Zinovyeviçin rəhbərliyi nəticəsində 2008-2009-cu tədris ilində məktəbimiz "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinin qalibi olmuşdur.

Ali məktəblərə qəbulda son 12 ildə məktəb yüksək göstəricilərə nail olub. 2007-2008-ci tədris ilinin məzunları Səkinə Dadaşova, İqor Pirverdiyev və bir çox başqaları 635-dən yuxarı bal toplamış və önəmli ali məktəblərə daxil olmuşlar. 2008-2009-cu tədris ilində Aydan Əlizadə və Ramin Quluzadə 607 bal toplamış və məktəbi sevindirmişlər, 640 bal toplamaqla Nihat Elçiyev BDU-ya, Əli Əliyev və Murad Məmmədov 694 balla uyğun olaraq Tibb Universitetinə və Lomonosov adına MDU-ya daxil olmuşlar. 2009-2010-cu tədris ilində ali məktəblərə qəbulun yekunlarına görə, məktəbimiz Nizami rayonunda birinci yeri tutub. 5 məzunumuz 600, 20 məzunumuz isə 500-dən yuxarı bal toplayıb. Əlbəttə, bu uğurlar hamını sevindirir.

Məzunlarımın çoxu təkcə Azərbaycanın ali məktəblərində deyil, MDB respublikalarında, həmçinin digər xarici ölkələrdə (Bolqarıstan, İsrail, Almaniya, ABŞ) təhsil alırlar.

Məktəbimizin şagirdləri olimpiadalarda, o cümlədən beynəlxalq olimpiadalarda layiqli yerlər qazanırlar, idman yarışlarında priz və kuboklara layiq görülürlər. Məktəbin şagirdləri rus dili fənni üzrə məktəblilərin Açıq Beynəlxalq Olimpiadasında fəal iştirak edirlər. 2008-2009-cu dərs ilində Aynur Mürsəlova (müəllim Barkanova L.B.) və Rüfət Hüseynov (müəllim Orlova V.V.) "Svetozar" jurnalının keçirdiyi rus dili fənni üzrə Açıq Beynəlxalq Olimpiadada birinci yeri qazanmış və Moskvaya olimpiadaya dəvət olunmuşlar.

Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr edilmiş olimpiadada şagirdlər Kseniya Zorina (9-cu sinif), Aygün Bağırova (10-cu sinif) və Əfsanə Əsgərli (11-ci sinif) yüksək bal toplamışlar. Olimpiada Rusiya informasiya-mədəniyyət mərkəzində keçirilmişdir.

Nikolay Zinovyeviçin yeniliyə təşəbbüsü məktəbdə təhsilin inkişafına müsbət təsir göstərir. 2000-ci ildən Təhsil Nazirliyinin təqdimatına əsasən, 145 nömrəli məktəb YUNESKO əlaqələndirilmə məktəbi olmuşdur. Şagirdlərin özünüidarəetmə orqanı - məktəb parlamenti yaradılmışdır. Parlamentin prezidenti və onun iki müavini hər il şagirdlər arasından seçilir.

Nikolay Zinovyeviç öz təcrübəsini başqaları ilə bölüşə bilir. Son illərdə hər il məktəbin bazası əsasında təhsildə yeni üsullar üzrə elmi-praktik konfranslar, seminarlar keçirilir. Məktəbin ən yaxşı müəllimləri öz bacarıqlarını "açıq dərs"lərdə nümayiş etdirir, məruzələrlə çıxış edirlər. N.Zinovyeviçin özü müəyyən tədbirlərdə iştirak edir, maraqlı pedaqoji kitablar yazır. Artıq onun iki kitabı işıq üzü görüb. "Yaşamaq üçün öyrən", "Daim öyrənməkdə olan ömür" ("Uçitsya, çtobı jit", "Jizn kak postoyannoye uçeniye").

Yeni işə başlayan müəllimlərə direktor xüsusi diqqətlə yanaşır. Onun rəhbərliyi ilə "Gənc müəllim məktəbi" yaradılmışdır. Burada gənc müəllimlər yaşlı nəsildən pedaqoji məharəti öyrənir.

Nikolay Zinovyeviç müəllim və rəhbərdir, mənəvi mədəniyyəti və vicdanlı sənət sahibi olması ilə seçilən və yaradıcılıqla işləyən pedaqoqdur.

Öz işinin ustası olan bu şəxs hər bir sözü və əməli ilə öyrədir və tərbiyə edir. Cari məsələləri həyata keçirməklə o, eyni zamanda gələcək biliklərin əsasını qoyur.

Bizim məktəb rus dilinin öyrənilməsində respublikada baza məktəbidir. Bununla əlaqədar xeyli iş görülür: "açıq dərs"lər, məruzələr, tədbirlər, viktorinalar, musiqili-ədəbi kompozisiyalar hazırlanır. Məktəbdə müxtəlif dərnəklər fəaliyyət göstərir. Nikolay Zinovyeviç fəal ictimai işlərə də vaxt tapır. Artıq bir neçə ildir ki, o, Azərbaycanda Rus icması sədrinin müavini və təhsil üzrə komissiyanın sədridir.

Nikolay Zinovyeviç idarəetmə sistemində yeni və müasir yanaşmanın tətbiqinə üstünlük verir. Bu isə təlim-tərbiyə prosesinə effektli nəticələr gətirir.

Rəhbərlik rolunu dərk etməklə Nikolay Zinovyeviç özünü hər şeyi bilən və toxunulmaz rəis kimi aparmır, o özünü hami, dost, məsləhətçi kimi aparır. O inanır ki, məktəbdə uğurlu işləmək üçün məktəbi və şagirdləri sevmək lazımdır, onu da yaxşı bilməlisən ki, sən şagirdə nə öyrədirsən. Axı, biliklər uşaqlara həyatda kömək edəcək. Ümuminin xeyrinə xidmət etmək istəyi - öz qəlbinin zəruri tələbi, şəxsi xoşbəxtliyin şərtidir.

Biz yubilyarı, bizim hörmətli Nikolay Zinovyeviçimizi təbrik edir, ona uzun ömür, yaradıcılıq uğurları, enerji, sağlamlıq arzu edirik.

Növrəstə ƏLİXANOVA,
Bakıdakı 145 nömrəli
məktəbin Azərbaycan dili
və ədəbiyyat müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

17 Sentyabr 2010 - ¹ 36

2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Ötən tədris ilində 470 təhsil işçisi müxtəlif dövlət təltiflərinə layiq görülüb
 
Təhsil Nazirliyi tərəfindən 40-dək yeni normativ-hüquqi sənəd hazırlanıb
 
Yeni məktəb binaları və əlavə korpuslar tikilib
 
Bu il məktəblərə 3,2 milyon manatlıq avadanlıq verilib
 
Məktəbəqədər təhsilin yeniləşdirilməsi diqqət mərkəzindədir
 
Alimlərimizin xarici jurnallarda 1733 məqaləsi dərc olunub
 
Respublika ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı
 
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur
 
Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib
 
ADPU yeni tədris ilinə uğurla başlayıb
 
Zəka, intellekt bayramı
 
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
 
"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci
 
Qafqaz Universiteti yeni tədris ilinə yüksək reytinqlə başladı
 
"Bilik günü" təhsil müəssisələrində qeyd olundu
 
Heydər Əliyev adına lisey özünün yeddinci tədris ilini qeyd etdi
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinə 24 ixtisas üzrə 1164 gənc qəbul olunub
 
Daim öyrənməklə keçən ömür
 
Balaca Səma hamını heyrətləndirdi
 
Naxçıvanda təhsil yarmarkası
 
ADU-da daha iki ixtisas açılıb
 
Təfəkkür nurunun qaynağı
 
Azərbaycan dili dərslikləri ilə bağlı rəy və təkliflərə cavab
 
"Durnam, gedər olsan bizim ellərə"
 
"Azərbaycan tarixi: Baharlılar"
 
Balacaların bilik sevinci
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünya universitetləri: Çin Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov