Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - ¹33

 

İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir

Bookmark and Share

Ən inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, yalnız təhsil sistemi  yüksək səviyyədə  olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Müasir qloballaşma əsrində hər bir dövlətin, xalqın gələcək taleyi onun malik olduğu elmi-intellektual və mənəvi potensialından, yüksək səviyyəli mütəxəssislər yetişdirmək bacarığından çox asılıdır. Bu potensial isə məhz təhsil sahələrində,  xüsusən də ilk peşə-ixtisas təhsili ocaqlarında yaradılır. Azərbaycanda milli təhsilimizin, o cümlədən texniki peşə təhsilinin inkişafı ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Bu, ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli sahəni Avropa standartları səviyyəsinə yüksəltmək, onun beynəlxalq təhsil sisteminə geniş inteqrasiyasına nail olmaq, iqtisadiyyatımızın müxtəlif sahələri üçün peşəkar mütəxəssislər ordusunun yaradılması, milli mənəvi dəyərlərə həssas münasibət ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin əsas istiqamətini təşkil edib. Təhsil sahəsində ümummilli liderimizin siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev zamanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir.

Bu gün Azərbaycanda həyata keçirilən təhsil siyasətinin prioritet istiqamətlərindən biri də peşə təhsili pilləsinin modernləşdirilməsi və inkişafı, müasir tələblər səviyyəsində kadr hazırlığı prosesini sürətləndirməkdir.  Azərbaycanda müasir sosial-iqtisadi infrastrukturun yaradılmasında texniki peşə təhsili müstəsna rol oynayır. Bu təhsil pilləsinin məqsədi iqtisadiyyatımızın bütün sahələri üçün bazar iqtisadiyyatının tələblərinə uyğun sənət və peşələr üzrə ixtisaslı kadr hazırlığını təmin etməkdir.

Müstəqil respublikamızın texniki peşə təhsilinin inkişafı əsasən son dövrlərə təsadüf edir. Azərbaycan iqtisadiyyatının dinamik və sürətli inkişafı, möhkəm iqtisadi potensialın yaradılması bu təhsil pilləsinə diqqəti daha da artırıb. "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafi üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın təsdiqindən sonra peşə lisey və məktəblərinin fəaliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişaf Konsepsiyası qəbul edilmişdir. Hər iki mühüm sənəd islahat Proqramının tələblərinə, dövlətimizin təhsil siyasətinə, həmçinin YUNESKO-nun texniki peşə təhsili ilə əlaqədar konseptual prinsiplərinə və inkişaf etmiş ölkələrin mütərəqqi təcrübəsinə uyğun hazırlanıb. Texniki peşə təhsili sistemində maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, peşə təhsilinin ictimai statusunun yüksəldilməsi və onun məzmununun müasir tələblər səviyyəsində genişləndirilməsi Dövlət Proqramının başlıca məqsədləridir. Proqram çərçivəsində YUNESKO ilə birgə peşə təhsilinin təkmilləşdirilməsi layihəsi uğurla həyata keçirilir, həmçinin Avropa Təhsil Fondu, Böyük Britaniya, Avstriya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələrin  qabaqcıl şirkətləri ölkəmizdə bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə öz köməklərini göstərirlər.

1923-cü ildən fəaliyyət göstərən və şərəfli tarixi yol keçmiş 1 nömrəli Bakı Peşə Liseyi YUNESKO ilə əməkdaşlıq yaratmış yeganə peşə təhsili müəssisəsidir. Bu  əməkdaşlıq kompleks məsələləri - həm tədrisin keyfiyyəti, həm də dünya irsinin qorunması, ekoloji və digərlərini əhatə edir. Liseyimiz bu gün və gələcəyimiz üçün çox aktual olan neft-qaz, energetika sənayeləri üçün peşəkar mütəxəssislər hazırlayır. Liseydə texnoloji qurğu operatoru, kimyəvi analiz laborantı-əmtəə operatoru, neft-qaz çıxartma operatoru, elektrik ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir ki, bu da Azərbaycanın nəhəng neft-qaz ehtiyatlarına malik olduğunu nəzərə alsaq olduqca mühüm əhəmiyyət daşıyır.

liseydə texniki peşə təhsilinin inkişafi üzrə Dövlət Proqramına və  texniki peşə təhsilinin İnkişaf Konsepsiyasına uyğun olaraq təlim-tərbiyə metodikasını təkmilləşdirmək, maddi-texniki bazanı möhkəmləndirmək,  peşəkar kadr hazırlığı işini günün tələbləri səviyyəsinə yüksəltmək məqsədilə mühüm və davamlı tədbirlər həyata keçirilir. Bunun üçün liseydə nəzəri və təcrübi baxımdan hər cür şərait yaradılıb.  Laboratoriyalarda  quraşdırılmış texnoloji qurğular, eləcə də tələbələrin  Neft-yağ emalı  zavodunda istehsalat təcrübəsi keçərək  müasir texniki avadanlıqlarla, mütərəqqi iş metodları ilə birbaşa təmasda olması onların peşəkar mütəxəssis kimi yetişməsində müstəsna əhəmiyyət daşıyır.

1 nömrəli Bakı Peşə Liseyində bütün ixtisaslar və fənnlər üzrə metodiki komissiyalar fəaliyyət göstərir.  Bu komissiyalar tədris plan və proqramların müzakirəsi, "açıq dərs"lərin keçirilməsi, tədris prosesində əyani-texniki vəsaitlərdən istifadənin vəziyyəti, istehsalat təlimi dərslərində yeni texnologiya və qabaqcıl iş üsullarının, eləcə də interaktiv təlim metodlarının öyrənilməsi və tətbiqi və digər məsələlərlə məşğul olur. Liseyin şagirdlərinin respublika miqyaslı fənn olimpiadalarında müntəzəm olaraq yüksək yerlər tutması da görülən müsbət işlərin məntiqi nəticəsidir. Bütün bunlar liseyimizdə  texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramında  qarşıya qoyulan " texniki peşə təhsili sistemində yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi" vəzifələrinin uğurla həyata keçirilməsinə və peşə təhsilinin məzmunca müasir standartlar səviyyəsində yeniləşdirilməsinə, onun əmək bazarının dəyişən tələbinə uyğunlaşdırılmasına imkan verir. Təsadüfi deyil ki,  bizim liseydə təhsil almaq istəyənlərin sayı  ilbəil artmaqdadır. Xatırlatmaq istərdim ki, 90-cı illərdə bu proses əks istiqamətdə gedirdi. Bu faktın özü texniki peşə təhsilinin ictimai statusunun tədricən yüksəlməsinin əyani təsdiqidir.

Dünyanın ən inkişaf etmiş ölkələrinin təcrübəsi sübut edir ki, müxtəlif fəaliyyət sahələri üzrə yeni texnologiyalara yiyələnən kadrların hazırlanması dövlətin hərtərəfli və dinamik inkişafında həlledici amillərdəndir. Statistikaya müraciət etsək görərik ki, Almaniya, Yaponiya, Fransa və Cənubi Koreya kimi ən inkişaf etmiş dövlətlərdə orta məktəb məzunlarının 40-60 faizi məhz texniki peşə təhsili ilə əhatə olunur. Bizdə isə bu göstərici cəmi 10-11 faizdir. Deməli, hələ görüləsi işlər çoxdur. Hazırda texniki peşə təhsili özünün yeni inkişaf mərhələsinə daxil olub. Əminik ki, Azərbaycanın iqtisadi qüdrətinin daha da güclənməsi və dünyadakı nüfuzunun  yüksəlməsi texniki peşə təhsilinin daha da inkişafına, onun cəmiyyətdəki yerinin və rolunun artmasına, ictimai statusunun yüksəlməsinə gətirib çıxaracaqdır.

Zemfira CABBAROVA,
1 nömrəli Bakı Peşə Liseyinin
tərbiyə işləri üzrə direktor müavini

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - ¹33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov