Tamella
İsmayılova uşaq yaşlarından rəsm çəkməyə maraq
göstərib. O, hələ 5-6 yaşlarında flora və
faunadan çəkdiyi müxtəlif gözəl təbiət
mənzərələri ilə uşaq sərgilərində iştirak edərək
fərqlənib. Rəssamlığa olan həvəsi ilə 6 yaşlı
Tamella Milli Konservatoriyanın tərkibində
Respublika İncəsənət Gimnaziyasının təsviri və
tətbiqi sənət şöbəsinə daxil olur. Təcrübəli
müəllimi Umxanım Mehdiyevadan dərs alaraq
sənətin sirlərini mənimsəyir, çəkdiyi rəsm
əsərləri ilə hamını heyrətləndirir.
Hazırda gimnaziyanın V sinif şagirdi, dərs
əlaçısı olan T.İsmayılova əsasən təbiət
mənzərələrini, uşaqların həyatını, mürəkkəb
naxışları, nağılları fırça ilə canlandırır.
Tamella rəngkarlıq və qrafikadan başqa, batika
üsulunda da gözəl əsərlər yaradır. Onun ilk
fərdi sərgisində nümayiş etdirilən gözəl və
rəngarəng əsərləri 2007-ci ildə təhsil aldığı
gimnaziyanın akt zalında tamaşaçılara təqdim
olunub. Diplomları və fəxri fərmanları olduqca
çox olan balaca rəssamın ən böyük uğuru
Hindistanın Dehli şəhərində keçirilən "Shankar"s
İnternational Childirns Compatition
müsabiqəsində gümüş medala layiq görülməsidir.
Bundan başqa o, bu il Bakıda keçirilən "Mənim
təmiz şəhərim" rəsm müsabiqəsində fərqlənərək
Dövlət Neft Şirkəti tərəfindən xüsusi hədiyyə
ilə mükafatlandırılıb. Tamellanın arzusu sənəti
ilə ölkəmizi beynəlxalq yarışlarda layiqincə
təmsil etmək və adını məşhur rəssamların
cərgəsində görməkdir.
Rəşad ZİYADOV |