Bakıdakı M.Müşfiq adına 18 nömrəli orta
məktəbdə Azərbaycan Dövlət Akademik Milli
Teatrının bir qrup aktyoru ilə görüş
keçirilib. Görkəmli sənət ustalarını, pedaqoji
kollektivi və şagirdləri salamlayan məktəbin
direktor müavini Bəsti Ağayeva sözü xalq
artistləri Laləzar Mustafayevaya, Rafiq
Əzimova, məktəbin məzunu - əməkdar artist Elxan
Quliyevə verdi. Aktyorlar öz yaradıcılıq
planları, yeni mövsümdə hazırlayacaqları
tamaşalar barədə məlumat verdilər. Laləzar
Mustafayevanın ifasında xalq şairi
B.Vahabzadənin "Ana" şeiri, Rafiq Əzimovun isə
"Dədə Qorqud" filmindən söylədiyi monoloq
görüş iştirakçılarında xoş ovqat yaratdı.
Qonaqlara öz minnətdarlığını bildirən məktəbin
direktoru Vaqif Hüseynov gələcəkdə onlarla
tez-tez iş birliyi quracaqlarını vurğuladı.
Sonda şagirdlərin sualları aktyorlar tərəfindən
cavablandırıldı.
Sifai SƏFƏROVA |