Bu
günlərdə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin
tədris işləri üzrə direktor müavini Ziloy
Cabbarov və hərbi rəhbər Əli Məmmədov Təhsil
Nazirliyinin razılığı ilə Rusiya
Federasiyasının Buryatiya Respublikasının
paytaxtı Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə
Liseyinin iş təcrübəsini öyrənib və həmkarları
ilə fikir mübadiləsi aparıblar. Onlar təhsil
ocağının pedaqoji kollektivi ilə görüşüb,
liseyin iş təcrübəsi və daxili nizam-intizamı
ilə yaxından maraqlanıblar. Dəmir Yolu
Liseyinin tədris işləri üzrə direktor müavini
Ziloy Cabbarov səfər təəssüratlarını bizimlə
bölüşərək bildirdi ki, Ulan-Ude şəhərindəki 1
nömrəli Peşə Liseyi üçmərtəbəli binada
yerləşir. Bina istilik, su və elektrik enerjisi
ilə təmin olunur. Liseydə təhsil müddəti 1
və 3 ildir. Bizdə olduğu kimi, bu təhsil
ocağında da 594 şagird "Elektrovozun maşinist
köməkçisi", "Teplovozun maşinist köməkçisi",
"Hərəkət tərkibinin təmiri və xidməti üzrə
çilingər" və "Sərnişin vaqonlarının bələdçisi,
sığorta agenti" ixtisasları üzrə təhsil alır.
Şagirdlər 21 qrupda komlektləşdirilib. Onların
təlim-tərbiyəsi ilə 20 müəllim, 17 istehsalat
təlimi ustası məşğul olur.Burada şagirdlər
yataqxanada qalır və hər gün onlara 3 dəfə
yemək verilir. Həftənin I günü isə liseydə
"Sağlamlıq günü" elan olunub. Dərsdən sonra
müəllim və şagirdlərin iştirakı ilə müxtəlif
idman yarışları keçirilir.
Liseydə
olarkən bizə bildirdilər ki, burada "Könüllü
yardım fondu" fəaliyyət göstərir və hər bir
valideyn həmin fonda ildə 5 min rubl pul
köçürür.
Səfər zamanı bizim üçün ən maraqlı məqamlardan
biri də Buryatiya Respublikasının təhsil
nazirinin 2 müavini və ilk texniki peşə
təhsili şöbəsinin müdiri ilə görüşlərimiz
oldu. Nəticədə iki lisey arasında əməkdaşlıq
haqqında müqavilə və bu il dekabr ayının 10-da 1
nömrəli Peşə Liseyinin 70 illik yubileyi
mərasimində iştirak etmək üçün niyyət protokolu
imzaladıq.
Şakir CƏFƏROV |