Moskvada ilk müəllim abidəsi açılıb. Birinci
sinif şagirdləri ilə əhatə olunmuş gənc qadın
müəllimin mərmər postament üzərindəki bürünc
fiquru Müəllim günü ərəfəsində 1925 nömrəli
təhsil mərkəzinin həyətində ucaldılıb.
Müəllimləri öz peşə bayramları, müəllim ili
münasibəti ilə qeyri-standart təbrik etmək
ideyası mərkəzin yetirmələri və onların
valideynlərində yaranıb. Bu səbəbdən təsvirin
portret oxşarlığı var, belə ki, gənc heykəltəraş
Valeri Rıbinskinin qarşısında məhz 1925 nömrəli
məktəbin şagirdləri və müəllimi poza alıb.
Abidə, sözün əsl mənasında, xalq abidəsidir:
onun üçün pulu rayonun sakinləri, keçmiş və
indiki şagirdlər yığıblar. Uşaqlar metal
qırıntısı və maklatura toplayıblar, öz
valideynlərinin köməyi ilə şirniyyat
yarmarkaları keçiriblər.
Xatırladaq ki, o, Rusiyada bu cür yeganə abidə
deyil. Müəllim abidələri ölkənin Tver
vilayətində, Oryol, Saratov, Stavropol, Belqorod
və başqa şəhərlərində də var.
Hazırladı: Y.ƏLİYEV |