Noyabrın 2-də Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında baş ofisi Böyük Britaniyada
yerləşən beynəlxalq "Global Gertification
Limited" şirkətinin Azərbaycan üzrə rəsmi
nümayəndəsi Dr.Canan Ülkünün iştirakı ilə yeni
təlim kursu başa çatıb.
Tədbiri giriş sözü ilə açan DİA-nın I
prorektoru, professor Əlikram Abdullayev qeyd
edib ki, Azərbaycanda artıq 6 ildir fəaliyyət
göstərən şirkət əsas etibarilə kadr xidmətinin
idarə edilməsinə dair təlimlər keçirilməsi,
keyfiyyətin idarə edilməsi, informasiya
təhlükəsizliyi, peşə təhlükəsizliyi və əməyin
mühafizəsinin idarəetmə, ətraf mühitin qorunması
və mühafizəsi sistemlərinin qurulması və s.
sahələr üzrə beynəlxalq statuslu sertifikatların
verilməsi ilə məşğul olur.
DİA-da gənclərin belə təlimlərin keçirilməsinə
maraq göstərdiklərini qeyd edən Ə.Abdullayev
onu da bildirib ki, bu təlimdə məqsəd
akademiyada çalışan və təhsil alan gənclərin,
xüsusilə menecment sahəsində ixtisaslaşanların
idarəçilik bacarıqlarının artırılması, onlara
keyfiyyətin idarə olunması kimi çox aktual bir
məsələyə dair ən yeni biliklərin verilməsi olub.
Sonda çıxış edənlər kursun dinləyicilərinə
uğurlar arzulayıblar.
Şakir CƏFƏROV |