Çexiya
Respublikasının Mədəniyyət, Təhsil, İdman və
Turizm, Xarici İşlər nazirlikləri və
YUNESKO-nun Çexiyadakı komissiyasının təşəbbüsü
ilə 38-ci Beynəlxalq uşaq bədii rəsm
müsabiqəsi keçirilib. Həmin müsabiqədə iştirak
etmək üçün Nizami Rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzi dəvət alıb. Müsabiqənin
əsasnaməsinə əsasən "Mənim ölkəmdə həşəratlar
və kəpənəklər", "Ağaclar və meşələr", "Çay və
göllərdə yaşayanlar", "Yabanı güllər və zərərli
bitkilər" mövzularında gənc rəssamlar
əsərlərini təqdim ediblər.
Müsabiqəyə böyük həvəslə qatılan mərkəzin gənc
rəssamlarının ən yaxşı rəsm işləri Çexiyaya
göndərilib.
Bu günlərdə isə xoş xəbər gənc rəssamları
sevindirib. Rəsm dərnəyinin rəhbəri Nərmin
Abdullayevanın yetirmələri Günel Məmmədova və
Nərmin Mövsümovanın rəsm işləri müsabiqədə
fərqlənib.
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinin müdiri Ağababa
İbrahimov, mərkəzin direktoru Lalə Qəti və gənc
rəssamlar Günel və Nərmin Çexiya
Respublikasının ölkəmizdəki səfirliyində
keçirilən mərasimdə iştirak ediblər. Çexiyanın
ölkəmizdəki səfiri Radek Matula qaliblərlə
görüşüb və onların adlarına göndərilən diplom və
hədiyyələri təqdim edib. |