Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Noyabr 2010 - ¹ 43

 

Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim

Bookmark and Share

Müasir dövrdə hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasını təmin etmək və təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq üçün hər bir müəllim öz professional səviyyəsini, peşə ustalığını artırmalıdır. 28 illik pedaqoji stajımın olmasına baxmayaraq, mən daim öz bilik və bacarıqlarımı artırmaq və zamanla ayaqlaşmaq ücün müxtəlif ixtisasartırma kurslarında iştirak edirəm. Bunlara misal olaraq British Council tərəfindən həyata keçirilən layihələrin böyük rolunu qeyd etmək istərdim.

Böyük Britaniyadan dəvət olumuş təlimçilərin iştirakı ilə keçirilən layihələr  hər bir müəllim kimi mənim də həyatımda böyük rol oynamışdır. Topladığım təcrübələri xaricdə keçdiyim kurs, təlim və proqramlarda istifadə etmişəm. ABŞ-ın Cənubi Konnektikut Dövlət Universiteti və Nyu-Yorkdakı Kolumbiya Universitetində "Məktəb liderliyi" mövzusunda 21-28 fevral 2010-cu il tarixində kecirilən təlimdə iştirak etdim və ABŞ təcrübəsinin öyrənilməsi, idarəetmənin təkmilləşdirilməsi istiqamətində müvafiq biliklər əldə etdim. Bu proqramın davamı olaraq Avropa Təhsil Siyasəti Şəbəkəsi Mərkəzinin (NEPC) iyunun 27-dən iyulun 2-dək Gürcüstanda "Müasir dövrdə liderlik, keçid dövrünü yaşayan cəmiyyətlərdə təhsil liderliyi" mövzusunda yay məktəbində iştirak etdim. Bu səfər  mənim öyrəndiyim biliklərin bölüşməsi üçün daha bir addim idi. Bu həm də yeni bilikilərin əldə edilməsi demək idi.

Təhsil işçisi kimi mən də ölkəmizdə keçirilən "Kurikulum islahatı" tədbirləri çərçivəsində təlimçi-müəllim kimi "Fəal/interaktiv təlim üsulları" mövzusunda müəllimlər üçün məşqlər keçirirəm. Təlimçi-müəllim kimi məşqlər keçirmək məşqçidən daim öz bilik və bacarıqlarını təkmilləşdirməsini tələb edir. Uzun müddət apardığım axtarışlar məni Avropa Şurasının Pestalotzi Proqramı çərçivəsində keçirilən  Modul proqramına gətirib çıxardı. Modul proqramının mövzusu "Müəllimlərin bilik, bacarıq və münasibətləri" idi. Təhsil Nazirliyi tərəfindən nominasiya olunduqdan və Avropa Şurası tərəfindən dəvət aldıqdan sonra həm sevindim, həm də özümdə böyük məsuliyyət hissi keçirdim. 50 Avropa ölkəsinin iştirak etdiyi  nümayəndə heyətində mən Azərbaycandan olan yeganə iştirakçı idim. Proqramın məqsədi Avropa Şurasının təhsildə standart və dəyərlərinin tətbıq olunması ücün beynəlxalq təlimçilərin hazırlanmasıdır. Proqramın əsas tələblərindən biri iştirakçıların  18 ay müddətində bu proqramda müntəzəm işləməsi idi. İştirakçılar oxu və yazı materiallarını yerinə yetirməli, online platformasında informasiya mübadiləsi etməli və 2010-cu ilin oktyabr ayında  keçirilən Modul A-da aktiv iştirak etməli idilər.

İştirakçılar eyni zamanda 2011-ci ilin may ayında keciriləcək Modul B-də fəal iştirak etməli, Modul A və Modul B müddəti arasında təlim materialları hazırlamalı, onları nəşr etdirməli və təlimlər vasitəsilə onları realizə etməlidirlər. Əlbəttə, hamıya aydındır ki, bu, uzunmüddətli və gərgin bir işdir. Çətinlikdən qorxmadığım və bu işlərə hazır olduğum üçün proqram məni cəlb etdi. Nəticədə 12-15 oktyabr tarixlərində  Fransanın Strasburq şəhərində keçirilən Modul A-da iştirak etdim. Təlimlərin  məqsədi sonda İnternet vasitəsi ilə istirakçılardan ibarət beynəlxalq, milli, reqional, yerli səviyyədə işləməyə hazır olan təlimçi qrupu hazırlamaq və onları  demokratik cəmiyyətin inkişafı üçün lazım olan bilik və bacarıqlarla silahlandırmaq idi.

Təlimlər  Avropa Şurasının işçi dili olan ingilis və fransız dillərində keçirilirdi. Fasilədə iştirakçılar Azərbaycan təhsili haqqında mənə çoxlu suallar verirdilər. Təhsilimizə olan bu böyük marağı nəzərə alıb  proqramın direktorundan Azərbaycan təhsili haqqında qısa bir təqdimatla çıxış etmək üçün icazə istədim. Təqdimatdan sonra iştirakçılarda Azərbaycan təhsili haqqında müsbət fikir yarandığının şahidi oldum.

İştirakçılara demokratik cəmiyyətin inkişafı, rifahı üçün əhəmiyyəti olan komponentlərin izahı verildi və  onların müəllimlərin təlimlərində, dərslərində tətbiqindən söz açıldı. Biz qrup halında seçdiyimiz komponentlərdən Power Point proqramında təqdimat hazırladıq. Sonda hər bir iştirakçı işləyəcəyi 3 komponenti seçdi və onun əsasında fəaliyyət planı hazırlayıb imzaladı. İştirakçılara eyni zamanda 18 ay müddətində  işləyəcəyi fasilitatorları seçmək hüququ da verildi. Mənim seçimim  Böyük Britaniyada  "Demokratik Məktəb İdarəolunması" proqramı üzrə yüksəkixtisaslı mütəxəssis Arthur Robert Ivatts oldu. İnanıram ki, fasilitatorlarımın verəcəyi tövsiyələr və uzunmüddətli təcrübəm mənə bu proqramı uğurla başa vurmaqda kömək olacaq. Nəticədə bundan nəinki mən, eyni zamanda müəllimlərimiz də faydalanacaq və müstəqil Azərbaycan vətəndaşının formalaşmasında fəal iştirak edəcəklər. 

Təranə BÖYÜKZADƏ,
Bakıdakı M.Şəhriyar adına 193 nömrəli məktəbin
ingilis dili müəllimi

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

5 Noyabr 2010 - ¹ 43

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni məktəb binası ilə tanış olub
 
Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər  Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib
 
Nobel mükafatının 2010-cu il laureatlarının adları açıqlanıb
 
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir
 
Nyu-York Dövlət Universitetinin professoru Xəzər Universitetinə rektor təyin olunub
 
Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib
 
Tələbə klublarının təqdimatı keçirildi
 
Beynəlxalq qiymətləndirmə təcrübəsi
 
Vətənpərvərlik tərbiyəsi ilə bağlı proqram qəbul olunacaq
 
Paytaxtda müəllimə xalq abidəsi ucaldılıb
 
MDU inkişaf üçün 5 milyard rubl alacaq
 
Müəllimlər də, direktorlar da işə qəbulun yeni mexanizmindən razılıq edirlər
 
Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsi ilə tanışlıq
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəbdə istedadlı şagirdlər təhsil alır
 
Sloveniyalı alimin "Lahıca xoş gəlmişsiniz" qısametrajlı film və fotoşəkil sərgisinin təqdimatı olub
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursu başa çatıb
 
Beynəlxalq uşaq bədii rəsm müsabiqəsində fərqləniblər
 
"Bakı" mövzusunda Vətən dərsi
 
Aktyorlar məktəblilərin qonağı oldular
 
Böyük alim və mütəfəkkir Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim
 
NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Uşaqlara hədiyyə
 
Tamellanın sənət uğurları
 
Dünya universitetləri: Kopenhagen Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov