Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - ¹32

 

Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"

Bookmark and Share

Məhəmməd Əleyhissəlamın bu məşhur kəlamı xarici ölkələrə gedib mükəmməl elm və təhsil almaq istəyən hər bir kəs üçün ülvi bir tövsiyədir. Eləcə də "Təhsil millətin gələcəyidir" - söyləyən ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda savadlı kadrların hazırlanıb yetişməsini, gənclərin xaricdə təhsil alıb Azərbaycana lazım olan peşəkar kadr kimi formalaşmalarını diqqət mərkəzində saxlamış, onlara həmişə qayğı göstərmişdir. Şəkildə (sağdan) Orxana Texniki Universitetin diplomu təqdim olunarkən

Təhsilimizin bugünkü inkişafı, tərəqqisi, qloballaşan dünyada özünəməxsus yer tutması buna əyanı sübutdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Qürur hissilə deyə bilərik ki, bu gün azərbaycanlı tələbələr dünyanın ən inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərində təhsil alırlar. Belə tələbələrdən biri də 1988-ci ildə Bakı şəhərində anadan olmuş Orxan Salmanlıdır. O, Bakıdakı 96 nömrəli orta məktəbdə beşinci sinfə kimi oxuduqdan sonra, 1998-ci ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində təhsilini davam etdirmişdir. 2005-ci ildə liseyi əla qiymətlərlə bitirən  Orxan sənədlərini ikinci qrupa verərək qəbul imtahanından 697 bal toplamışdır. Qeyd edək ki, bu imtahanlar test üsulu ilə keçirilməyə başlanandan bəri ən yüksək bal idi. Orxan həmin balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxumaq şansı qazansa da, onun arzusu  xaricdə təhsil almaq olmuşdu. Odur ki, o, Türkiyə Orta Doğu Texniki Universitetinə qəbul olur. Həmin günləri xatırlayan Orxan bildirdi ki, "Türkiyəyə təhsil almağa yola düşəndə Bakı Əyləncə Mərkəzində tələbələrlə görüşən təhsil nazir Misir Mərdanov bizə xeyir-dua verdi, uğurlar arzuladı. Bu yolu uğurla başa vuracağıma çox əmin idim. Elə də oldu, bu il təhsilimi fərqlənmə diplomu ilə başa çatdırdım. Bu münasibətlə universitetdə iyun  ayında keçirilən yığıncaqda bütün tələbələr adından çıxış üçün mənə söz veriləndə böyük qürur hissi keçirdim. Onu da deyim kı, həmişə təhsilimizə öz diqqət və qayğısını əsirgəməyən Heydər Əliyev Fondu bu yığıncaqda, fərqlənən məzun olduğum üçün, məni Fondun döş nişanı ilə təltif etdi. Bütün bu qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, təhsil naziri Misir Mərdanova, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil atteşesi Nəcibə Nəsibovaya öz dərin  minnətdarlığımı bildirirəm"...

Sonda onu da qeyd edək ki, bu il təhsilini başa vuran Orxan Salmanlı sənədlərini magistraturaya verərək dünyanın ən nüfuzlu ali məktəblərinə London İqtisadiyyat Universiteti (LSE), Paris Biznes Universiteti (HEC), ABŞ-ın Duke Universiteti, İngiltərənin Varvik Universitetinə qəbul olmuşdur.

Orxan Avropanın ən yaxşı iqtisad universiteti kimi tanınan London İqtisadiyyat Universitetində oxumağı planlaşdırıb. Buranı bitirdikdən sonra isə arzusu doktoranturaya qəbul olmaqdır. O, elmin ən yüksək zirvəsini fəth etmək istəyi ilə yaşayır. Orxana bu çətin və şərəfli yolda uğurlar diləyirik.

Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - ¹32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov