dvv international Almaniya Xalq Universitetləri
Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu
olaraq 2002-ci ildən Azərbaycanda yerli təhsil
sisteminin təkmilləşdirilməsi və Avropa təhsil
sisteminə inteqrasiyası məqsədi ilə yaşlıların
qeyri-formal təhsili sahəsində layihələr,
tədqiqatlar, sorğular və müxtəlif
maarifləndirici tədbirlər həyata keçirir.
Bunlara sosial, iqtisadi, vətəndaş təhsili və
mədəni sahələrdə fəaliyyəti aid etmək olar.
2009-cu
ilin dekabr ayında dvv international Avropa
Komissiyasının "Qeyri-Hökumət və Yerli
Özünüidarəetmə Qurumları İnkişafda" proqramı
çərçivəsində "Yaşlıların təhsili mərkəzləri
yoxsulluğun azaldılması, təhsil və sosial
həmrəylik üçün imkan kimi (COPE)" layihəsini
başlayıb. 30 aylıq müddəti əhatə edəcək layihə
Azərbaycanın cənub rayonlarında (Masallı,
Cəlilabad, Lənkəran, Yardımlı, Lerik və Astara)
həyata keçirilir. 2010-cu il mart ayının 10-da
Bakıda, aprel ayının 9-da isə Masallıda
layihənin təqdimatı olmuşdur.
Layihənin əsas vəzifələri təhsil xidmətləri
təklif etmək üçün Yaşlıların təhsili mərkəzləri
(YTM) şəbəkəsini yaratmaq, təhsil və məşğulluq
üçün yeni imkanlar yaratmaqla yoxsulluğun
azaldılmasını dəstəkləmək, etnik azlıqların
sosial inteqrasiyasını təmin etmək və yaşlıların
təhsilinin cəmiyyətin inkişafında əhəmiyyətli
rolunu vurğulamaqdır. Layihənin məqsədi səmərəli
təhsil sistemi yaratmaq və onun davamlılığını
təmin etmək üçün tərəfdaşlıq qurmaq və YTM
şəbəkəsi, yerli özünüidarəetmə və qeyri-hökumət
təşkilatlarının heyətlərinin bacarıqlarını
artırmaqdır. Bazar yönümlü təhsil kursları
vasitəsi ilə insan resurslarının bacarıqları və
məşğulluq səviyyəsi artacaq və yaşlıların
təhsili Azərbaycanın cənub hissəsində
yoxsulluğun azaldılması üçün vasitə kimi təbliğ
olunacaq.
Layihə çərçivəsində yaşlıların təhsili
mərkəzlərinin işi ilə yaxından tanış olmaq
məqsədilə 9 nəfərdən ibarət qrup 17-25 iyul
2010-cu il tarixlərində Almaniyanın Hanover
şəhərində təcrübə toplama səfərində olmuşdur.
Səfərdə Almaniya Xalq Universitetləri Birliyinin
Beynəlxalq Əməkdaşlıq İnstitutunun Azərbaycan
Respublikasındakı nümayəndəliyi, Yaşlıların
Təhsili Assosiasiyası, Azərbaycan Müəllimlər
İnstitutu, Aqroməsləhət təşkilatının Masallı
Regional Mərkəzi, GDG Profeşnlz şirkəti,
Yayımların Monitorinq Mərkəzi, Azərbaycan
Diplomatiya Akademiyası və Masallı İctimai
Maarifləndirmə Mərkəzinin nümayəndələri iştirak
etmişlər.
Bundan başqa layihəyə 30 "dəyirmi masa" və 7
forumun həyata keçirilməsi, təlimçilər üçün
təlim, yeni tədris vəsaitlərinin hazırlanması,
yerli icmalar üçün təlim kursları və KİV ilə
əlaqələrin qurulması kimi fəaliyyət növləri də
daxildir. Eyni zamanda 1000-dən çox yerli sakin
kənd təsərrüfatı, turizm, "Azərbaycan dili
işgüzar ünsiyyət üçün", biznes sahibkarlığı və
idarəetmənin əsasları və vətəndaş təhsili
kurslarına cəlb olunacaq. 35 layihə işçisi və
yerli təlimçi layihənin həyata keçirilməsini və
nəzarətini icra edəcək.
Gələcəkdə ölkənin digər bölgələrində də ictimai
maarifləndirmə mərkəzlərinin fəaliyyətinin
qurulması və əhaliyə müxtəlif qeyri-formal
təhsil imkanlarının təklif olunması nəzərdə
tutulub.
İsgəndər SADİQ,
Almaniya Xalq Universitetləri Birliyi
Beynəlxalq Əməkdaşlıq İnstitutunun Azərbaycan
Respublikasındakı
nümayəndəliyinin milli koordinatoru |