Respublika Təhsil Nazirliyi Azad Müəllimlər
Birliyi ilə birgə Gəncənin orta məktəblərində
dərs deyən ibtidai sinif müəllimləri üçün
seminar-treninqlər təşkil etmişdir.
Treninqlərdə paytaxtın təcrübəli pedaqoqları
tərəfindən kurikulumun mahiyyəti və tətbiqi
haqqında, onun məzmunundakı standartlar,
texnologiyası, şagirdlərin hazırlığına verilən
tələblər, qiymətləndirmə və s. məsələlər
barəsində ətraflı məlumat verilərək, sinif
müəllimlərinin bu yeni tədris üsulu barədə
bilikləri daha da zənginləşdirilir.
Seminar-treninqlər bir həftə davam edəcəkdir.
Məşğələləri uğurla başa vuran müəllimlərə
sertifikatlar veriləcəkdir. |