Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər
arasında keçirilmiş inşa müsabiqəsində qalib
gəlmiş 20 şagirdin Fransa, Almaniya, Niderland
və Belçika krallıqlarına səfərləri təşkil
edilmişdir.
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
təşkil edilən səfər Fransanın paytaxtı Parisdən
başlamışdır.
Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər
ki, məktəblilər həmçinin Almaniyanın Köln şəhəri
ilə tanış olmuş, Belçikanın Brüssel, Brüqqe,
Namur və Dinant şəhərlərinə səfər etmiş,
Niderland Krallığının paytaxtı Amsterdamın
tarixi yerlərini, muzeylərini gəzmişlər. Zəngin
təəssüratla yadda qalan səfərin son günündə
nümayəndə heyəti Brüssel yaxınlığındakı Vaterloo
şəhərini gəzmiş, tarixi keçmişi yaşadan
muzeyləri ziyarət edərək maraqlı məlumatlar əldə
etmişlər.
Xatırladaq ki, ənənəvi olaraq keçirilən "Heydər
Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsində
600 mindən artıq şagird iştirak etmişdir.
Yarışmanın son mərhələsində 96 şagird seçilmiş
və münsiflər heyətinin qərarına əsasən 21 şagird
müsabiqənin qalibi olmuşdur. Onlardan beşi 1-ci
yerə, daha beş nəfəri 2-ci yerə, on biri isə
3-cü yerə layiq görülmüşdür.
Fərqlənən 56 şagird Fəxri fərmanla
mükafatlandırılmış, 87 məktəblinin inşa yazısı
kitab halında nəşr olunmuşdur. Onlardan 10-u
Naxçıvan Muxtar Respublikasındandır. |