Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Avqust 2010 - ¹32

 

"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

Azərbaycanda həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri məzmun islahatlarıdır. Hazırlanmaqda olan yeni fənn kurikulumları da şəxsiyyətyönümlü, nəticəyönümlü, inkişafetdirici xarakter daşımaqla şagirdlərdə həyati bacarıqların (kompetensiyaların) formalaşmasına xidmət edir.

Təhsil Nazirliyi məzmun islahatları istiqamətində bir sıra beynəlxalq təşkilatlarla birgə layihə və proqramlar həyata keçirir. Belə layihələrdən biri də Təhsil Nazirliyi və Qlobal Fond tərəfindən həyata keçirilən "Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsidir. Dünya təcrübəsində geniş tətbiq olunan bu layihə Azərbaycanda 2006-cı ilin yanvarından başlanmışdır. Layihə çərçivəsində ümumtəhsil məktəblərində "Həyati bacarıqlara əsaslanan təhsil" üzrə fakültativ kursun tədrisi nəzərdə tutulmuşdur. 

Məzmununa görə inteqrativ olan bu kursun məqsədi şagirdlərə sağlam həyat tərzi və yaşamaq bacarıqlarının aşılanması, bu sahədə müvafiq bilik, bacarıq və vərdişlərin, effektiv davranış strategiyalarının formalaşdırılmasıdır.

Kursun məzmununa sağlamlığın qorunması

ilə yanaşı, insan hüquqları, vətəndaşlıq və digər qlobal sosial problemlər də daxil edilmişdir. Kursun tədrisində təlimin fəal/interaktiv üsullarından istifadə edilməklə şagirdlərin qazandıqları zəruri bilik, bacarıq və vərdişləri həyatda tətbiq edə bilmələri əsas məqsəd kimi müəyyənləşdirilmişdir.

Layihə çərçivəsində Təhsil Nazirliyində qabaqcıl müəllimlərdən, metodistlərdən, alimlərdən ibarət işçi qrupu yaradılmış və həmin işçi qrupu tərəfindən "Həyati bacarıqlara əsaslanan təhsil üzrə Milli Konsepsiya" (Təhsil Nazirliyinin 22.05.2006-cı il tarixli, 366 nömrəli əmri ilə təsdiq edilmişdir), I-IV, V-IX və X-XI siniflər üçün "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun proqramları  hazırlanmış (Təhsil Nazirliyinin 17.07.2006-cı il tarixli, 571 nömrəli əmri ilə təsdiq edilmişdir), ibtidai, əsas və orta təhsil pillələri üzrə müəllimlər üçün "Həyati bacarıqlara əsaslanan təhsil" adlı tədris vəsaiti hazırlanmışdır. Tədris vəsaitində hər bir mövzunun məqsədi, təlim üsulları, qiymətləndirmə mexanizmi və təlim materialının məzmunu barədə məlumatlar öz  əksini tapmışdır.

Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən "təlimçilərin təlimi" üzrə treninqlər keçirilmiş, sonrakı mərhələdə isə respublikanın 1987 məktəbində "Həyati bacarıqlara əsaslanan təhsil" kursunu tədris edəcək 5142 nəfər müəllim treninqdən keçirilib, il ərzində treninqlərin keçirilməsi davam etdiriləcəkdir.

Qeyd olunanları nəzərə alaraq     

ƏMR EDİRƏM: 

1. 2010-2011-ci tədris ilindən respublikanın ümumtəhsil məktəblərinin I-XI siniflərində "Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisinə həftədə 1 saat ayrılmaqla davam etdirilsin. 

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər)  təhsil şöbələrinə:

2.1. Tədris planında fakültativ, fərdi və qrup məşğələləri üçün ayrılmış saatlar hesabına "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisini təşkil etsinlər və dərs ilinin sonunda Təhsil Nazirliyinə yazılı hesabat təqdim etsinlər.

2.2. Fakültativ, fərdi və qrup məşğələləri üçün nəzərdə tutulmuş saatlardan kursun tədrisinə ayrılması mümkün olmayan hallarda dərnək məşğələlərində, həmçinin fənlər üzrə müvafiq mövzuların tədrisində nəzərdə  tutulmuş vəsaitdən istifadə olunmasını təmin etsinlər.

2.3. Kursun müvafiq treninqdən keçmiş müəllimlər tərəfindən tədris edilməsini nəzərdə tutsunlar.

3. Layihənin milli əlaqələndiricisi (F.Qədirov) "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun ümumtəhsil məktəblərində tədrisi və nəticələr barədə tədris ilinin sonunda hesabat təqdim etsin və müvafiq təkliflər hazırlasın.

4. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin  "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini təmin etsin.

5. Təhsil Nazirliyinin Ümumi şöbəsi (A.Nəbiyev) əmrin çoxaldılaraq bütün rayon (şəhər) təhsil şöbələrinə çatdırılmasını təmin etsin.

6.  Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 avqust 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

20 Avqust 2010 - ¹32

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində inşa edilmiş məktəbdə olub
 
"Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyadan
 
Culfa şəhərində yeni məktəb binası inşa edilir
 
Gəncədə ibtidai sinif müəllimləri üçün seminar-treninqlər keçirilir
 
Yaponiyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Marneuli rayonunda məktəb binası bərpa edilib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub
 
Almaniya Prezidenti 100 yaşı tamam olmuş Murvik Hərbi Dəniz Akademiyasında təhsil alan azərbaycanlı kursanta uğurlar arzulayıb
 
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
 
Yaşlıların təhsili mərkəzləri: yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik imkanı
 
Bölgələrdə yeni tədris ilinə hazırlıq işləri görülür
 
Onlar ali məktəblərə builki qəbul imtahanlarında 700 bal toplayıblar
 
Gənc istedadlar "Elm Çində də olsa, onun dalınca gedin"
 
NDU-nun tələbələri Türkiyənin Erciyez Universitetində elmi istehsalat təcrübəsində olublar
 
Həyat enerjisini tükənməyə qoymayan məhəbbət
 
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
 
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir
 
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"
 
Azərbaycan idmançıları xaricdə yaşayan yeniyetmə həmvətənlilərin III idman festivalında iştirak edəcəklər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov