Avqustun 12-də Qusar rayonuna səfər zamanı
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa edilmiş Yuxarı Zeyxur kənd
orta məktəbində oldu və burada kənd sakinləri
ilə görüşdü.
Dövlətimizin
başçısı İlham ƏLİYEV dedi: - Gözəl məktəbdir,
şəraiti də, səviyyəsi də yaxşıdır.
Kənd sakini dövlət başçısına minnətdarlıq edərək
dedi: - Uşaqlarımızın sevinci böyükdür. Bizim
kənd rayon mərkəzindən uzaqdır. Çox razıyıq,
təşəkkürümüzü bildiririk. Artıq dərəcədə
təşəkkürümüzü bildiririk ki, biz bu günü gördük,
balalarımız bu günü gördülər. Balalarımız bu cür
məktəbdə oxuyurlar.
Prezident İlham ƏLİYEV: - Bilirsiniz ki, bu yol
çox bərbad vəziyyətdə idi. Siz hələ nisbətən
yaxında yaşayırsınız. Amma uzaqda yaşayanlar gör
nə əziyyət çəkmişlər. İndi 23 kilometr yeni yol
çəkilibdir.
Kənd sakini: - Mənim həyat yoldaşım 15 ildir o
yuxarı kəndə səhər-axşam işə gedib gəlir,
mühasib işləyir. Özüm də SDK-ya hər səhər-axşam
gedəcəyəm bu yolla. Bir daha təşəkkürümüzü
bildiririk.
Prezident İlham ƏLİYEV: - Mən sizin üçün
işləyirəm, sizin üçün çalışıram. Sizin üçün hər
şeyi edəcəyik.
Kənd sakini: - Allah Sizi qorusun!
Prezident İlham ƏLİYEV: - Bilirsiniz, indi rayon
mərkəzi ilə də əlaqə rahat olubdur.
Kənd sakini: - İlham müəllim, Siz ulu
öndərimizin yadigarısınız. Biz inanırdıq ki,
belə olacaqdır. O inamı Siz doğrultmuşsunuz.
Prezident İlham ƏLİYEV: - Mən beşinci dəfədir
ki, Qusara gəlirəm. Sonuncu dəfə gələndə söz
vermişdim ki, sizin problemlərinizi həll
edəcəyəm.
Kənd sakini: - Siz Azərbaycanı dünyaya
tanıtmışsınız. Cənab Prezident, nə qədər tez-tez
gəlsəniz, o qədər bizim işimiz yaxşı olar. Xahiş
edirik, tez-tez gəlin. Biz Sizin gəlişinizi
səbirsizliklə gözləyirik.
Prezident İlham ƏLİYEV: - Məni növbəti görüş
gözləyir, turizm mərkəzində olacağam. Orada da
böyük tikinti işləri gedir. Qusarı turizm
mərkəzinə çevirmək üçün bütün işlər görülür.
Bir-iki ilə Qusarda dünya səviyyəli bir turizm
mərkəzi olacaqdır.
Sakinlər: - Çox sağ olun, cənab Prezident. Allah
köməyiniz olsun!
***
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
AzərTAc |