Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Sentyabr 2010 - ¹35

 

"İntel"in kursları müəllimlər üçün faydalıdır

Bookmark and Share

İKT-nin tətbiqi təhsilin keyfiyyətinə, müasir dünyada tələb olunan bilik və bacarıqlara malik olan vətəndaşların formalaşmasına birbaşa təsir edir. Təhsil Nazirliyi dünyada tanınmış və İKT sahəsində lider olan şirkətlərlə əməkdaşlıq münasibətləri qurur. Bir neçə il ərzində Təhsil Nazirliyi "İntel", Cisco Systems və "Microsoft" şirkətləri ilə əməkdaşlıq memorandumları imzalamışdır. Azərbaycan Respublikası təhsil sisteminin inkişafı üçün "İntel" şirkətinin təhsil proqramları çox böyük önəm kəsb edir. "İntel-Gələcək üçün tədris proqramı" bütün fənn müəllimlərinin bu sahədəki tələbatlarını ödəmək üçün hazırlanıb. Mən, Xətai rayonu E.Yəhyayev adına 56 nömrəli orta məktəbin ingilis dili müəllimi kimi və eyni zamanda Bakı Slavyan Universitetinin nəzdində olan Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin (AZETA) üzvü olaraq, bir çox seminar-treninqlərdə iştirak etmişəm. "AZETA"-nın üzvü olan müəllimlərin müasir texnologiyalardan peşəkar səviyyədə istifadə etmələrini çox böyük maraqla izləyirdim və bu birlik tərəfindən "İntel" kurslarına cəlb olundum. Dərslərimiz bu il mayın 1-dən 17-dək davam etdi. Qrupda müxtəlif məktəblərdən 22 müəllim iştirak edirdi. Bizim  qrup  çox  savadlı  və təcrübəli  baş  metodist  Gülnarə  Səlimovanın  rəhbərliyi  altında  çalışırdı. Bəzi müəllimlərin kompüter texnologiyalarından istifadə bacarıqlarının zəif olmasına  baxmayaraq,  Gülnarə  müəllim  tez  bir  zamanda bu çətinliyi aradan qaldırdı.

"İntel" kurslarında pedaqoqlara öyrədilən əsas işlərdən biri kompüterdə portfolionun yaradılmasıdır. Portfolio həqiqətən müəllimə, şagirdə lazım olan materialları cəmləyən "portfeldir". Portfolioda ən yaxşı dərs konspekti, gündəlik və tematik planları, didaktik materialları, sənədləri, məqalələri, şəkilləri, müxtəlif növ şagird qiymətləndirmələri, müəllim tərəfindən işlənmiş ən yaxşı şagird işlərini yaratmağı öyrəndik. Bütün bu işləri yaratmaq üçün BLUM sistemindən istifadə edirdik. Sistem bilik, dərketmə, tətbiq, sintez və sonda qiymətləndirmədən ibarətdir. Təlim zamanı biz veb-sayt, nəşr və elektron cədvəli  yaratmağı da öyrəndik. Təlimin sonunda yaratdığımız proyektləri nümayiş etdirərək öz yaradıcılığımızdan zövq alırdıq.

Tədris prosesinin əsas məqsədi - şagirdlərin idrak və yaradıcılıq bacarıqlarının inkişafı, mənəvi dəyərləri dərk etmələridir. Bu təlim gələcəkdə onlara müstəqil düşüncə, vacib qərarlar qəbul etmək, ciddi problemləri tək və qrup şəklində aradan qaldırmaq vərdişlərinin formalaşmasına imkan yaradacaq. Adıçəkilən kursları bitirmiş müəllimlər hər-hansı bir fənn üzrə mövzuların proyekt formasında hazırlanmasını öz şagirdlərinə öyrədə bilər və dərslərin bu formada keçilməsi uşaqlar üçün də maraqlı olar.   

Kamalə KƏBİRLİ,
Bakıdakı Elşad Yəhyayev
adına 56 nömrəli orta
məktəbin ingilis dili müəllimi

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 Sentyabr 2010 - ¹35

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olub
 
Faktlar, rəqəmlər
 
Dərsliklərlə təminat
 
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
 
Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.
 
Bakı şəhəri təhsil işçilərinin konfransı
 
Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı
 
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,  rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar
 
Şəkidə təzə məktəb korpusu tikilib
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
"İntel"in kursları müəllimlər üçün faydalıdır
 
Dünya universitetləri: Monaş Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov