Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan
doktorantlara, ali təhsil, orta ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrinin
tələbələrinə və şagirdlərinə dövlət qayğısını
artırmaq və onların sosial müdafiəsini daha da
gücləndirmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil
alan doktorantlar, ali təhsil, orta ixtisas və
ilk peşə-ixtisas təhsili müəssisələrinin
tələbələri və şagirdləri üçün müəyyən edilmiş
təqaüdlərin məbləği artırılaraq aşağıdakı
məbləğlərdə müəyyən edilsin:
|
1.1. Doktorantlara |
- 100 manat |
|
|
1.2. Ali təhsil müəssisələrində:
|
|
|
|
adlı təqaüd alan tələbələrə |
-
100 manat |
|
|
magistr pilləsi üzrə: |
|
|
|
əla qiymətlərlə oxuyan tələbələrə
|
- 85 manat |
|
|
əla və yaxşı qiymətlərlə oxuyan
tələbələrə |
- 70 manat |
|
|
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə |
- 45 manat |
|
|
bakalavr pilləsi üzrə: |
|
|
|
əla qiymətlərlə oxuyan tələbələrə |
- 80 manat |
|
|
əla və yaxşı qiymətlərlə oxuyan
tələbələrə |
- 65 manat |
|
|
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə |
- 40 manat |
|
|
1.3. Orta ixtisas təhsili
müəssisələrində: |
|
|
|
əla qiymətlərlə oxuyan tələbələrə |
- 40 manat |
|
|
əla və yaxşı qiymətlərlə oxuyan
tələbələrə |
- 35 manat |
|
|
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə |
- 30 manat |
|
|
1.4. İlk peşə-ixtisas təhsili
müəssisələrinin şagirdlərinə |
- 30 manat |
|
2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində
həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait
hesabına həyata keçirilsin.
3. "Aspirantlara, ali, orta ixtisas və peşə
məktəblərinin və peşə liseylərinin tələbələrinə
və şagirdlərinə verilən təqaüdlərin artırılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 12 sentyabr tarixli 3042 nömrəli
Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab
edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
5. Bu Sərəncam 2010-cu il sentyabrın 1-dən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 sentyabr 2010-cu il |