Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Sentyabr 2010 - ¹35

 

Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib

Bookmark and Share

Sentyabrın 3-də Bakı Dövlət Universitetində Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə BDU-nun fəxri doktoru adının verilməsinə həsr edilmiş mərasim keçirilmişdir.

BDU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov mərasimdə çıxış edərək, Rusiya Prezidenti Dmitri Medvedevin həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat vermişdir.

BDU-nun rektoru ölkələrimiz arasında dinamik inkişaf etməkdə olan münasibətlər barədə söhbət açaraq, təhsil sahəsində qədim tarixi köklərə malik olan Azərbaycan-Rusiya əməkdaşlığı üzərində ətraflı dayanmışdır. Azərbaycanın qocaman ali məktəbi, ilk rektoru professor Razumovski olmuş Bakı Universitetində Rusiyanın tanınmış alimləri mühazirələr oxumuşlar. Universitetin məzunları arasında dünya elminin fəxri sayılan görkəmli alimlər az olmamışdır. Onlardan biri də Nobel mükafatı laureatı Lev Landau olmuşdur. Azərbaycan alimlərinin çoxu Rusiyanın ali məktəblərində təhsil almış, Moskvanın və Sankt-Peterburqun elmi mərkəzlərində öz ixtisaslarını artırmışlar.

Son illərdə elm və təhsil sahəsində ikitərəfli münasibətlərin fəal inkişaf etdiyini söyləyən A.Məhərrəmov demişdir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıda filialının açılması buna əyani nümunədir. Bu filial Azərbaycan ali məktəbləri üçün nümunəyə çevrilmişdir. Bakı Dövlət Universiteti də Rusiyanın ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Hazırda BDU-da rus dilində təhsil uğurla həyata keçirilir. Azərbaycanda rus dilinin qorunub saxlanmasına yönəlmiş çoxsaylı tədbirlər görülür.

Akademik Abel Məhərrəmov Rusiya Prezidenti Dmitri Medvedevin bu səfərinin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayaraq əmin olduğunu bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dost dövlətin başçısı Azərbaycan üçün ən ağrılı problemin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normaları əsasında tezliklə və ədalətli həll edilməsi üçün hər cür səy göstərəcəkdir.

Sonra Abel Məhərrəmov Rusiya Prezidentinin vahid humanitar məkanın möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində, dostluq və qardaşlığın möhkəmləndirilməsində fəal iştirakına görə ona BDU-nun fəxri doktoru adı verilməsi barədə universitetin Böyük Elmi Şurasının qərarını elan etmişdir.

Dmitri Medvedevə BDU-nun fəxri doktoru mantiyası və diplomu təqdim edilmişdir.

Rusiya Prezidenti Dmitri Medvedev mərasimdə çıxış etmişdir. O, Azərbaycanın qocaman ali məktəbinin Elmi Şurasının üzvlərinə ona göstərdikləri etimada görə təşəkkür edərək demişdir:

"Burada olmaq və fəxri doktor dərəcəsini almaq mənim üçün çox xoşdur. Mən məmnunam ki, bu hadisə səfərim çərçivəsində baş vermişdir". Rusiya Prezidenti bu səfərinin əlamətdar olduğunu vurğulayaraq bildirmişdir ki, bu gün imzalanan sənədlər Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açır. Rusiya Prezidenti Azərbaycan və Rusiya münasibətlərinin çoxillik tarixə malik olduğunu və dostluq-qardaşlıq münasibətlərinə əsaslandığını söyləmişdir. Rusiya Prezidenti demişdir:

- Biz bundan sonra da maksimum sıx qarşılıqlı fəaliyyət göstərməli, bir-birimizi öyrənməliyik. Çünki ümumiyyətlə, öyrənmək heç vaxt gec və eyib deyildir. Uzun müddət birlikdə olduğumuza və indi çox yaxın tərəfdaşlar, dost ölkələr olduğumuza görə bir-birimizi əla tanıdığımızı düşünmək azdır.

Dilləri öyrənmək lazımdır. Yeri gəlmişkən, təkcə rus dilini deyil, Rusiyada Azərbaycan dilini də öyrənmək lazımdır. Xüsusən ona görə ki, Rusiyada çox böyük və güclü Azərbaycan diasporu vardır. Bununla məşğul olmaq lazımdır. Təhsil proqramları da lazımdır.

Yeri gəlmişkən, bu baxımdan Azərbaycanda hər şey çox yaxşı görünür, mən hətta deyərdim ki, hər şey əladır, çünki on minlərlə məktəbli, tələbə rus dilini öyrənir. Bu o deməkdir ki, biz həmişə eyni dalğada olacağıq. Gərək Rusiyada da buna oxşar proqramlar olsun.

Dünən mən bizim nümayəndə heyətinin buraya gəlişi münasibətilə təntənəli qəbulda ziyafətdəki çıxışımda dedim ki, biz bunun çox vacib olduğunu başa düşərək, Rusiya Federasiyasında Azərbaycan telekanallarından birinin pulsuz fəaliyyət göstərməsi barədə qərar qəbul etmişik - Azərbaycanın tarixi və müasir həyatı ilə maraqlananların hamısı üçün və əlbəttə, Moskvada yaşayan və işləyən Azərbaycan vətəndaşları üçün, ümumiyyətlə Moskvadakı Azərbaycan diasporu üçün.

Bu gün Rusiyada çoxlu sayda azərbaycanlı tələbənin təhsil aldığını deyən Dmitri Medvedev bunun dəyərsiz kapital olduğunu qeyd edərək vurğulamışdır ki, məhz bu insanlar gələcək əməkdaşlıq üçün əsas yaradacaqlar. Rusiya Prezidenti bir qədər əvvəl hər iki ölkənin tarixində çətin dövrün yaşandığını xatırladaraq, bunun artıq geridə qaldığını diqqətə çatdıraraq demişdir:

- Mən Rusiya Federasiyasının Prezidenti kimi son vaxtlar üç dəfə Azərbaycana gəlmişəm. Bu, ümumiyyətlə desək, Rusiya Prezidentinin Azərbaycana səfərlərinin misli görünməmiş tezliyi deməkdir. Mənə belə gəlir ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün bu, həqiqətən, vacibdir.

İlham Heydər oğlu dəfələrlə bizim ölkədə - Moskvada, Peterburqda, başqa şəhərlərdə olmuşdur. Bunlar həm rəsmi, həm də qeyri-rəsmi tədbirlər idi. Mən bunu çox yüksək qiymətləndirirəm. Ona görə ki, nə gizlədim, dövlətlərin liderləri arasında mehriban münasibətlərdən, əlbəttə, çox şey asılıdır.

Bu baxımdan, əsası sizin universitetin daha bir məzunu - müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycanın sədaqətli oğlu kimi sevdiyimiz və qiymətləndirdiyimiz, mahiyyət etibarı ilə müəyyən, çox çətin dövrdə millətin birləşməsinə şərait yaratmış və onu keyfiyyətcə yeni səviyyəyə qaldırmış Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş ənənələr, əminəm ki, bizim fəaliyyətimiz sayəsində davam etdiriləcək və zənginləşəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan Dmitri Medvedev Rusiyanın bu məsələdə öz vasitəçilik məsuliyyətini dərk etdiyini, son zamanlar Rusiya dövlət başçısının iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin birgə görüşlərinin keçirildiyini bildirmişdir. O vurğulamışdır ki, Rusiya bu problemin həllində maksimum dərəcədə maraqlıdır. Səmimi şəkildə tələbələrə müraciət edən ali qonaq ölkəmizdə elmlə məşğul olmaq üçün bütün şəraitin yaradıldığını söyləmişdir. Bildirmişdir ki, Bakı sürətlə gözəlləşir, eyni zamanda burada çox xoş ab-hava vardır. O, tələbələrə Azərbaycan-Rusiya münasibətlərinin tarixini öyrənməyi tövsiyə edərək demişdir ki, ölkələrimiz arasında gələcək münasibətlər məhz siz gənclərdən asılıdır.

Sonda Rusiya Prezidenti ona Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi münasibətilə bir daha təşəkkürünü bildirmişdir.

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 Sentyabr 2010 - ¹35

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olub
 
Faktlar, rəqəmlər
 
Dərsliklərlə təminat
 
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
 
Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.
 
Bakı şəhəri təhsil işçilərinin konfransı
 
Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı
 
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,  rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar
 
Şəkidə təzə məktəb korpusu tikilib
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
"İntel"in kursları müəllimlər üçün faydalıdır
 
Dünya universitetləri: Monaş Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov