Artıq bir neçə ildir ki, Yaponiya hökuməti "Ot
kökləri və insan təhlükəsizliyi" qrant yardımı
proqramı çərçivəsində Azərbaycanda bir çox
layihələr həyata keçirir.
Bu günlərdə Yaponiyanın Azərbaycandakı
səfirliyi bu ölkənin maliyyə dəstəyi ilə
Azərbaycanın dilbər guşəsi olan Şəki rayonunda
həmin proqram çərçivəsində iki layihə həyata
keçirib. Onlardan biri rayonun Dərəcənnət kənd
orta məktəbi üçün 7 sinif otağından ibarət yeni
tədris korpusunun tikintisi,ikincisi isə Şəki
şəhərində çayların təmizlənməsi və istinad
divarlarının təmiri olub.
Sentyabrın 2-də Dərəcənnət kəndində inşa
olunan yeni tədris korpusunun açılışı olub.
Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri
Masamitsu Oki iştirak edib.
S.SƏFƏROVA |