Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə
pulsuz təminatı üçün ayrılmış 8 milyon manat
vəsait hesabına 2010-2011-ci tədris ilinə 127
adda 4641700 nüsxə dərslik və müəllim üçün
metodik vəsait çap edilib.
Bu sıraya yeni kurikulum tətbiq edilən III
siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və
müəllim üçün metodik vəsait, I, VI və VIII-XI
siniflər üçün isə 70 adda 3417800 nüsxə dərslik
və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait,
xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi
şriftlərlə və brayl əlifbası ilə hazırlanmış
dərsliklər daxildir.
Onu da qeyd edək ki, 2010-cu ildə I siniflər
üçün "Azərbaycan dili" dərslik komplekti (təlim
rus dilində olan ümumtəhsil məktəbləri üçün), II
siniflər üçün "Ərəb dili", "Alman dili" və
"Fransız dili", III siniflər üçün bütün dərslik
komplektləri, VIII siniflər üçün "Rəsmxət", IX
siniflər üçün "Coğrafiya" və "Azərbaycan
Respublikasının Konstitusiyası", XI siniflər
üçün "İnformatika", II sinif üçün "Udi dili"
dərslikləri yeni hazırlanıb və çap olunub. |