2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin
keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin
elanının mətni və ona əlavələr Sizə göndərilir.
Bildiririk ki, həmin sənədlər hər bir pedaqoji
kollektivə çatdırılmalı, müsabiqədə iştirak
etmək istəyən məktəblərin rəhbərliyinə və
ayrı-ayrı müəllimlərə müvafiq sənədlərin düzgün
tərtib olunmasında lazımi kömək
göstərilməlidir.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
30 avqust 2010-cu il |